Ev şəraitində hazırlanan cavanlaşdıran zərdab

25 Kasım 2015
1 130
1
Ev şəraitində hazırlanan cavanlaşdıran zərdab
Ev şəraitində hazırlanan cavanlaşdıran zərdab


Dəriyə qulluq vasitələrindən ən təsirlisi, eyni zamanda, ən bahalısı zərdablardır. Zərdablar, əsasən, üzdəki qırışları açmaq, dərinin elastikliyini artımaq və dəri hüceyrələrini yeniləmək üçün nəzərdə tutulur. Ancaq bunları ev şəraitində də hazırlamaq olar.

Tərkibi:

14 ml itburnu yağı
7 ml jojoba yağı
7 ml nar yağı
1 kapsul və ya yarım çay qaşığı E vitamini yağı
10 damcı lavanda yağı
6 damcı sardiniya çiçəyinin yağı
3 damcı yerkökü toxumu yağı
2 damcı portağal çiçəyi yağı

Hazırlanması:

Yağları növbə ilə tünd rəngli şüşə qabın içərisinə tökün. Şüşənin qapağını bağlayıb yaxşıca bərkidin. Daha sonra 1-2 dəqiqə çalxalayaraq yağların bir-birinə qarışmasını təmin edin. Sərin və qaranlıq yerdə 1 gün saxlayın. Hər dəfə istifadə etməzdən öncə çalxalayın. Həmin zərdabı 6 ay saxlaya bilərsiniz.

Tətbiqi:

Ovcunuzun içərisinə 2-4 damcı zərdab tökərək əllərinizi ovuşdurun. Göz ətrafı istisna olmaqla, üz və boyun bölgəsinə çəkin. Masaj edərək zərdabı dəriyə yedizdirin. 5-10 dəqiqə gözlədikdən sonra hər gün istifadə etdiyiniz nəmləndirici kreminizi çəkin.



Ev şəraitində hazırlanan cavanlaşdıran zərdab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    .........-BUyurun-.........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.