Hamiləliyin meydana gəlməsi

02 Ocak 2017
2 225
0
Hamiləliyin meydana gəlməsi
Hamiləlik və ya gəbəlik, kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurta hüceyrənin döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır.

Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir.

Hamiləliyin əlamətləri


Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır.

Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər.
Hamiləliyin diaqnostikasi

Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur.

Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir

Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.
Sinir sisteminin və psixi sferanın funksional pozulmaları: yüngül sinir qıcıqlanması, eşitmə və qoxubilmə qabiliyyətinin güclənməsi, kövrəklik, özünə qapanma;
Maddələr mübadiləsində dəyişikliklər, dərialtı piy təbəqəsinin artması, döş giləsinin və gilətrafı nahiyyənin, ağ xəttin və bəzən üz nahiyyəsinin piqmentasiyası;
Hamiləlik zolaqlarının (çapıqların) yaranması.

Bütün bu əlamətlər hamilə qadınlarda rast gəlinir, lakin hər zaman hamiləliklə əlaqədar deyil, ona görə də onlar təqribi əlamətlər adlanır.

Hamiləliyin dəqiq əlamətlərinə aiddir:


sağlam, müntəzəm cinsi əlaqədə olan, döllənmə mümkün olduğu yaş dövründə olan qadında aybaşının kəsilməsi;
durğunluq əlamətləri: uşaqlıq yolu girişinin, divarlarının və uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin göyərmsi. Uşaqlığın ölçülərinin gecikmə müddətinə uyğun olaraq böyüməsi, konsistensiyasının və formasının dəyişməsi;
süd vəzilərinin sərtləşməsi və molozivonun yaranması.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.