Zeytunlu keks

17 Ağustos 2014
2 653
0
Zeytunlu keks
Zeytunlu keks


Lazım olan ərzaqlar.


4 ədəd yumurta
3/4 su stəkanı zeytunyağı
Yarım su stəkanı qatıq
3 su stəkanı un
1 su stəkanı nüvəsi çıxardılmış qara zeytun
1 çay qaşığı duz
1 çay qaşığı kəklik
1 paket qabartma tozu
Yarım limonun suyu


Hazırlanma qaydası.

Bir qaba yumurtaları qırıb mikserlə çırpın. Qatıq və zeytun yağı əlavə edib təkrar mikserlə qarışdrın. Üzərinə limon suyu, duz və kəklik qoyub qarışdırın. Zeytunu incə-incə doğrayın. Qarışığa doğranmış zeytun, ələnmiş un və qabartma tozunu əlavə edib yoğurun. Qarışığı yağlanmış qəlibə və ya kağız qəliblərə qoyun. Əvvəldən isidilmiş 180 dərəcə sobada 20-25 dəqiqə bişirin.


Nuş Olsun!

Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.