Hansı vaginal axıntılar təhlükəlidir? – ƏLAMƏTLƏRİ

08 Mayıs 2022
4 375
0
Hansı vaginal axıntılar təhlükəlidir? – ƏLAMƏTLƏRİ
Vaginal axıntı qadınlar arasında tez-tez rast gəlinən problemlərdəndir. Lakin hər axıntı xəstəlik əlaməti sayılmır. Vaginada normalda bir miqdar maye olur. Ancaq hansı axıntının normal və fizioloji, hansının bir xəstəlik əlaməti olduğunu ayırd etmək vacibdir.
Feat.Az vaginal axıntı və ondan qorunma yolları haqda mütəxəssis fikirlərini təqdim edir.

Vaginal axıntının miqdarı menstruasiyanın bitdiyi və digər menstruasiyanın başlamasına qədər olan müddətdə fərqli miqdarlarda və xüsusiyyətdə olar. Yəni qadının vaginal axıntı miqdarı hər gün eyni olmur. Məsələn, iki menstruasiyanın arasındakı günlərdə axıntının miqdarı artır və daha yapışqan bir hal alır. Menstruasiyadan bir neçə gün əvvəl də axıntıda artım olur.

Qadınların tez-tez etdikləri səhvlərdən biri də fizioloji axıntı ilə infeksiyanı qarışdıraraq, həkim məsləhəti olmadan vaginal şam istifadə etmələridir. Həkimlər xəbərdarlıq edir ki, lazımsız vaginal tabletka istifadəsi vagina florasının tarazlığını pozur və tez-tez təkrarlanan infeksiyalara səbəb olur.

Hansı vaginal axıntılar təhlükəlidir?


Bəs hansı növ axıntılar patoloji, yəni xəstəliyə işarə verən axıntılardır? Axıntı tünd qəhvəyi, sarı-yaşıl-çirkli görünüşlüdürsə, içində pendir qırıntısı kimi hissəciklər varsa və ya qoxuludursa, vagina içində qaşınma və ya yanma kimi şikayətlərə səbəb olursa, o zaman bu axıntının müalicə olunması vacibdir.

Hamiləlik dövrü də vaginal infeksiyalara və axıntıya səbəb olan faktorlardan biridir. Normalda vagina içində olan mikroorqanizm burada xəstəlik yarada bilən digər mikroorqanizmlərin törəməsinin və xəstəlik yaranmasının qarşısını alır. Məlumdur ki, hamiləlikdə hormonal fəaliyyət dəyişir. Bu səbəbdən də normal vaginal axıntının turşuluğu artır və düşən PH səviyyəsi qoruyucu mikroorqanizmlərin azalmasına, beləliklə, vaginanın müdafiə sisteminin zəifləməsinə səbəb olur. Xüsusilə göbələk infeksiyaları üçün zəmin yaranır. Müalicə edilsə belə, hamiləlik müddətində təkrarlanma meyli yüksəkdir.

Şəkər xəstəliyi də vaginanın müdafiəsinə mənfi təsir edərək, vaginal infeksiyaların artmasına səbəb ola bilər. Pensillin qrupu kimi tez-tez istifadə edilən antibiotiklər, kartizon və kimyaterapiya kimi bədənin müdafiə sisteminə mənfi təsir edən müalicələr də vaginada olan mikroorqanizmləri məhv edir, müdafiə gücünü azaldır və axıntıların ortaya çıxmasına səbəb olur.

Vaginal axıntıdan qorunma üsulları:

1. Vaginanın içini yumayın. Vaginanın içini yumaq PH turşunu dəyişdirir və oradakı təbii mühiti korlayaraq, laktobasilləri azaldır, zərərli mikrobların artması üçün yaxşı mühiti təmin edir. Vagina içini xüsusən də sabunla yumaq olmaz.

2. Normal duş əsnasında vagina içinə qaçan su miqdarı əhəmiyyətsizdir. Vaginanın içinin təzyiqli su ilə yuyulması isə yuxarıda deyilən səbəblər baxımından məsləhət deyil. Cinsi əlaqədən sonra və ya menstruasiya zamanı təmizlənmək üçün isə xüsusi vaginal duş vasitələrindən istifadə edə bilərsiniz.

3. Duşdan sonra xarici genital bölgənizi dəsmalla qurulayın.

4. Genital sprey, ətir tərkibli bez, tampon, prezervativlərdən istifadə etməyin.

5. Alt paltarlarınızı hər gün dəyişin və sintetik deyil, pambıq olanlara üstünlük verin.

6. Üzmə və məşqdən sonra alt paltarlarınızı dəyişin, üstünüzdə qurumasına imkan verməyin

7. Həddindən artıq çəki və şəkər xəstəliyi göbələk infeksiyasına zəmin hazırlayar. Bu cür probleminiz varsa, tədbir görün.

8. Dar şalvar və ya dar alt paltarı geyinməkdən çəkinin.

9. Tualet təmizliyinə diqqət edin.

10. Cinsi əlaqə zamanı prezervativ istifadə edərkən diqqətli olun.

11. Cinsi münasibətdə olmaq üçün tərəf müqabillərinizi tez-tez dəyişdirməyin. Tez-tez tərəf müqabilini dəyişən insanlarla cinsi münasibətə girməyin.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.