Hamiləykən necə yatmaq lazımdır? - Xanımlar, DİQQƏT

25 Mayıs 2017
1 724
0
Hamiləykən necə yatmaq lazımdır? - Xanımlar, DİQQƏT
Aparılan araşdırmalar hamiləliyin irəliləyən dövrlərində sağ tərəfə yatmanın ölü doğuş riskini artırdığını göstərir. Hamiləykən hansı tərəfə və necə yatmaq lazımdır sualı ilə maraqlanırsınızsa, Feat.Az-ın bu yazısını oxuyun.

İdeal yuxu mövqeyi...

Araşdırmalara görə, arxası üstə və ya sağ tərəfə yatmaq ayaqların ana damarlardan ürəyə olan qan axımını azaldır ki, bu da dölə mənfi təsir edir. Mütəxəssislər hamiləlik dövründə ən ideal yuxu mövqeyinin sol tərəfə doğru yatmaq olduğunu deyirlər.

İlk üç ay rahat olun

Mütəxəssislər deyir ki, ilk 3 ay hər mövqedə yatmaq olar. Bu aylarda uşaqlıq kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir və körpə zərər görmür.

Sola doğru yatmaq şişi azaldır

Mütəxəssislərin fikrincə, hamiləlik dövründə sola doğru yatmaq, hətta dizləri qatlayıb ayaqların arasına yastıq qoymaq körpə üçün ən yaxşı yatış mövqeyidir. Eyni zamanda, bu cür yatmaq plasentaya ən uyğun şəkildə qidalanma təmin edir və böyrəyin işini rahatladır. Eyni zamanda bədəndə, xüsusilə əllərdə və dizlərdə yarana biləcək şişi azaldır. Bu isə bir daha sübut edir ki, hamiləlik dövründə sola doğru yatmaq əhəmiyyətlidir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.