Cazibədar görünməyin 9 SİRRİ

29 Nisan 2018
2 722
0
Cazibədar görünməyin 9 SİRRİ
Qadınlar hər zaman cazibədar və diqqət çəkici görünmək istəyirlər. Təbii ki, burada ən vacib şərt hər zaman tərz sahibi olmaqdır. Amma bunun üçün də müəyyən dəb qaydalarına əməl etmək lazımdır. Feat.Az-ın verəcəyi bu məsləhətlərlə hər zaman diqqət mərkəzində olacaqsınız.



1. Büsqalterinizin sinə ölçülərinizə uyğun olduğundan əmin olun: Sinə uclarınız, çiyin və dirsəklərinizin tam ortasında olmalıdır.



2. Ayaqlarınızı olduğundan daha kiçik göstərmək istəyirsinizsə, cins şalvarınızın cibləri böyük, düz və bir-birinə yaxın olmalıdır.



3. Seçdiyiniz naxışlar bədən tipinizə uyğun olmalıdır. Bədəniniz nə qədər iridirsə, naxışlar da o qədər böyük olmalıdır.



4. Daha arıq və uzun görünmək istəyirsinizsə, başdan aşağı bir tonda geyinin. Bu ağ rəng üçün də keçərlidir.



5. Düz xətli paltarlar, ziqzaq naxışlar və asimetrik ətək boylarına yönəlin. Aşağıya doğru istiqamətlər hər zaman daha arıq göstərir.



6. Ayaqlarınızı daha qüsursuz göstərmək üçün dizinizin, ya üstündə, ya da altındakı boyda ətəkləri seçin.



7. Bədəninizin vurğulamaq istədiyiniz nahiyələrdə açıq və parlaq rənglər, gizləmək istədiyiniz nahiyələrdə isə tünd rənglərdən istifadə edin.



8. Pambıqlı və bol kəsim bir ətək üzərinə yun geniş pencək geyinə bilərsiniz.



9. Ayaq boyunuzu uzatmaq üçün, bədən rəngində hündür dabanlı ayaqqabılar seçə bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.