Qadınlarda sonsuzluq yaradan viruslar

02 Temmuz 2022
1 806
0
Qadınlarda sonsuzluq yaradan viruslar
Mütəxəssislər bu günə kimi bilinməyən və cinsi yolla yoluxan bir xəstəliyin kifayət qədər yaxşı müalicə edilmədiyi halda, antibiotiklərə belə müqavimət göstərib, çox sürətlə yayıla biləcəyini aşkar edib.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, söhbət Mycoplasma genitalium (MG) adlı xəstəlikdən gedir. Bu xəstəliyin çox zaman ilkin əlamətləri olmur. Lakin iltihabi xəstəliyə yol açaraq, qadınlarda sonsuzluğa səbəb olur.

Diaqnozu çətin qoyulan MG düzgün müalicə edilmədiyi təqdirdə, antibiotiklərə qarşı müqavimət göstərə bilir.

Britaniya Cinsi Sağlamlıq və HİV Dərnəyinin sözügedən xəstəliklə əlaqədar hazırladığı materialda MG-ya necə diaqnoz qoyulmalı və necə müalicə edilməli olduğu açıqlanıb.

MG kişilərdə uretrada (sidik kanalında) iltihab doğura bilən bakteriyadır. Penisdən ifrazatın gəlməsinə səbəb olur və sidiyə gedən zaman prosesi ağrıverici edir. MG qadınların da reproduktiv orqanlarında (uşaqlıq və uşaqlıq boruları) iltihab doğuraraq ağrı, müəyyən hallarda isə hərarət və qanaxmaya səbəb ola bilər.

Xəstəlik qoruyucu vasitəsiz cinsi əlaqə zamanı yayılır. Xəstəliyin qarşısını almaq üçün prezervativlərdən istifadə etmək mütləqdir.

İngiltərədə ilk dəfə 1980-ci illərdə aşkar edilən MG-nin ölkədə 1 və ya 2 faiz yayıldığı bildirilir.

Əksər zaman əlamətlərini göstərməyən xəstəlik Klamdiya xəstəliyi ilə də dəyişik salınır.

MG diaqnozu üçün son dövrlər testlər yenilənsə də, bu, bütün klinikalarda mövcud deyil.

Antibiotiklərlə müalicə edilən bu xəstəlik hətta bəzi hallarda dərmanlara da müqavimət göstərə bilir.

Britaniya Cinsi Sağlamlıq və HİV Dərnəyinin bu xəstəliyi araşdıran mütəxəssisi Paddi Horner hökumətin bu məsələyə diqqət etməli olduğunu deyib.

Dərnəyin digər mütəxəssisi Piter Qrinhaus isə xalqı bu xəstəliyə qarşı tədbirlər görməyə çağırıb: "İnsanların MG xəstəliyi barədə məlumatlı olmalarının vaxtıdır. Yay tətilinə gedərkən çantanıza bir paket prezervativ atmaq və lazım olanda istifadə etmək üçün daha bir səbəbiniz var. Özü də çox ciddi səbəb".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.