Pəri bacaları

23 Ağustos 2014
2 812
0
Pəri bacaları
Pəri bacaları


Tərkibi:

xəmir:
6 x.q. su
3,5 x.q. marqarin
10 x.q. un
2-3 ədəd yumurta
200 q dondurma

sous:

13 x.q. süd
3 x.q. şəkər tozu
1 x.q. nişasta
2 x.q. su
2,5 x.q. fıstıq əzməsi
80 q bitter şokoladı

Hazırlanması:
Su və marqarini bir buğum qaynadın, un əlavə edərək qarışdıra-qarışdıra 2-3 dəqiqə bişirin, ocaqdan götürüb mikser qabına tökün, mikserin orta sürətində yumurtaları bir-bir əlavə edərək çalın. Konditer torbasına doldurun.

Siniyə fındıq boyda kürələr sıxın. Əvvəlcədən 140-150 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Hazır eklerlərin arasını kəsib dondurma qoyun, "qapaqlarını" üstünə örtün. Soyuducuda saxlayın.

Sous: südlə şəkər tozunu bir buğum qaynadın, nişastanı soyuq suda həll edib südə əlavə edin, bir-iki buğum qaynadandan sonra ocaqdan götürün. Fıstıq əzməsi ilə şokolad yonqarı əlavə edib qarışdırın, soyudun. Soyuduqdan sonra eklerlərin üzərinə gəzdirib süfrəyə verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.