Qabaq kürüsü

25 Ağustos 2014
1 852
6
Qabaq kürüsü
Qabaq kürüsü


Avqustun son günləridir. Qışa hazırlıq üçün əsl vaxtdır.

Tərkibi:

1 kq qabaq (qabığı soyulub, toxumu təmizlənmiş)
150 q yerkökü
250 q soğan
1 dolu x.q. tomat pastası
1-2 diş sarımsaq
duz
istiot
dəfnə yarpağı
qovurmaq üçün bitki yağı

Hazırlanması:

1. Yerkökünü sürtgəcdən keçirin. Soğanı yarımhalqa, qabağı tərəfi 1,5 olan kubik doğrayın.

2. Qalın dibli tavaya, yaxud qazana bitki yağı töküb soğanı yerkökü ilə qovurun. Qabağı əlavə edib bir qədər də su tökün (təxminən stəkanın 1/4-i qədər, qabaq özü də su buraxır). Qazanın (tavanın) qapağını örtün.

3. Tərəvəzləri təxminən 1 saat vam odda bişirin. Əgər bu müddətdən sonra suyu çox olarsa, həmin suyu çömçə ilə bir ayrı qaba yığın.

4. Tomat pastası, duz, istiot, əzilmiş sarımsaq əlavə edin, yaxşı qarışdırın. Dəfnə yarpaqları da əlavə edib qapağını bağlayın, daha 15 dəqiqə bişirin.

5. Qazanı (tavanı) ocaqdan götürün. Azca soyudun. Duzunu-istiotunu, sarımsağını yoxlayın, lazım gələrsə, əlavə edin. Bir qədər də soyuyandan sonra dəfnə yarpaqlarını çıxarın (yaxşı olar ki, onları əvvəlcədən sayasınız ki, çıxaranda da rahat olsun). Blenderlə xırdalayın. Əgər kürü gözünüzə çox qatı görünsə, bişərkən ayrılan suyundan bir qədər əlavə edə bilərsiniz.

6.
Kürünü yenidən qazana tökün, qaynara düşəndə ocaqdan götürün.

Kürünü sterilizə edilmiş bankalara yığın, sterilizə edilmiş qapaqları ağzına qoyun (amma bağlamayın). Bankaları 120 dərəcə qızdırılmış sobada 1 saat saxlayın. Sonra sobadan çıxarıb ağzını yaxşıca bağlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
AleDa
  • AleDa
  • 2 Aralık 2015 21:56
Resept neyse mene cetın geldı. Goy qabaqdan men edırem. Sadece qabaq soganla bısırırem.. Kartof puresı kımı olur. Ama ondanda dadlı olur..
Omrum Ikimizin
gorunusu hec beyenmedim
ЗайкА)
Sitat: Bash _BeLasi ッ
Nəsə xoşlamadım təşəkkürLəy yenədə

dəyməz )
More
  • More
  • 26 Ağustos 2014 00:29
Nəsə xoşlamadım təşəkkürLəy yenədə
ЗайкА)
RəyLərə görə təşəkkürLər)
Benim_FARKLI_Dünyam
dadli gorunur