Göbələkli Toyuq Budu – RESEPT

04 Şubat 2017
3 131
0
Göbələkli Toyuq Budu – RESEPT
Feat.Az bişirilməsi asan olan ləzzətli yeməklərdən birini təqdim edir.

Ərzaqlar:

Toyuq budu - 8 ədəd
Şampinyon göbələk - 300 qr
Soğan - 3 ədəd
Kök - 1 ədəd
Dəfnə yarpağı – 1 ədəd
Yumru istiot - 3 ədəd
Sarımsaq – 2 diş
Un - 1 x.q
Duru yağ - 2 x.q
Xama - 100 qr
Duz ,istiot

Hazırlanması:

Toyuğun budlarını yuyun, iti bıçaqla kəsib sümüyünü çıxardın.
Sümükləri qazana qoyub üzərinə bir az su töküb qaynadın və kəfini yığın. Üzərinə yağı, doğradığınız soğanı, kökü ,dəfnə yarpağı, duz ,istiot əlavə edib 15 dəqiqə bişirin. Bişdikdən sonra soyudun.
Göbələyi yuyub doğrayın . Qalan soğanları doğrayıb tavada qızardın. Üzərinə doğranmış göbələk, sarımsaq əlavə edib 10 dəqiqə bişirin, sonra odun üzərindən götürüb soyudun.
Hazırladığınız içliyi budların içinə yığıb ağzını iplə bağlayın,
Tavaya yağ töküb budları şəkildə gördüyünüz kimi 5 dəqiqə qızardın və saxsı və ya şüşə qaba düzün.
Xamaya hazırladığınız bulyonu əlavə edib yaxşıca qarışdırın və budların üzərinə yayıb sobada 220 dərəcədə bişirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.