Saçlarınıza Bunu Edərkən Diqqətli Olun

19 Ocak 2017
1 513
0
Saçlarınıza Bunu Edərkən Diqqətli Olun
Nizamlı perma etdirmənin zərərləri

Perma, uzun müddət buruq saça sahib olmanızı təmin edən əməliyyatdır. Perma etdirmək dəyişiklik istəyənlər üçün yaxşı fikir kimi görünsə də, saçınız üçün olduqca zərərlidir.

Saç tellərinin əyilib bükülməsi

Perma etdirdiyiniz zaman, saçlarınız çox - çox istilik və kimyəviyə məruz qalar. Bu da saçınızın təbii nəmini itirməsinə və bükülüb incəlməsinə səbəb olar.

Daha pisi, saçlarınızı daradığınızda daha çox töküldüyünü hiss edəcəksiniz.

Saçların seyrəkləşməsi


Yanma ilə gələn yan təsirlərdən biri də saçların seyrəkləşməsidir. Hətta bəzi bölmələri keçəlləşməyə qədər gedə bilər.

Uzun müddət perma etdirənlərin saçları əvvəlki qədər sürətli inkişaf etməz. Əksinə çıxan yeni saçlar zəif və incə olar. Bu da daha gücsüz saçlara sahib olmanıza səbəb olar.

Baş dərisi infeksiyasına səbəb olması

Saçınızı perma etdirərkən, saç dərinizdəki folikülerin açılmasına səbəb ola bilərsiniz. Bu da infeksiya qapmasına şərait yaratmaq deməkdir. Sızanağa bənzəyən bu infeksiya, daha ağrılı da ola bilər.

Saç uclarının qırılması

Perma müddəti ümumiyyətlə ilk saç uclarına təsir edər. Saç köklərinin zərər görməsi saç inkişafını da azaldacaq.

Saçların elektriklənməsi

Qıvır qıvır saçların elektriklənməsi, perma istifadə edənlərdə sıx görülər.

Müəyyən qədər yaranan bu elektriklənmələr normaldır. Amma get-gedə daha çoxalırsa, bu saçlarınızın qırılıb incəldiyini göstərər. Düzəltməyə çalışarkən daha çox zərər verib zəiflədə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.