Quru və çatlamış dodaqlara QULLUQ ÜSULLARI

11 Şubat 2018
2 161
0
Quru və çatlamış dodaqlara QULLUQ ÜSULLARI
Dodaqlar bədənimizdəki ən həssas yerlərdən biridir. Sadəcə günəşə çıxaraq və ya yalayaraq həssas toxumasına zərər verə bilərik. Feat.Az yumşaq, sağlıqlı və baxımlı dodaqlara qovuşmaq üçün evdə tətbiq edə biləcəyiniz bir neçə üsul verir.



Mat dodaq boyasından qaçın



Son illərin sevimli trendi mat dodaq boyası dodaqları qurudur. Buna görə dünyaca məşhur instagram ulduzları mat boyalar vurmazdan qabaq qulluq və nəmləndiricilərdən istifadə edirlər.



Dodaq skrabından istifadə edin




Sağlıqlı dodaqlar üçün pilinq çox əhəmiyyətlidir. Ancaq turşulu skrablar əvəzinə təbii vasitələr tətbiq etməlisiniz. Şəkər tozunu kakosla qarışdırıb skrab olaraq istifadə edə bilərsiniz.



Dodaq yeniləyici resept




Sürətli nəticə üçün bu maskanı gecə tətbiq edib səhərə qədər saxlayın:



Bal

Kakao yağı

Zeytun yağı



Bu vasitələri qarışdırıb yatmazdan qabaq dodaqlarınıza vurun.



Maye qəbul edin




Bədəninizi xaricdən nəmləndirmək kifayət etmir. Sağlıqlı bir dərinin ən əhəmiyyətli ünsürü nəmdir. Buna görə bol-bol su için.



Xiyar maskası




Xiyar sadəcə gözlərdə və dəridə deyil, dodaqlara da fayda verir. Nazik bir dilim xiyarı 5-10 dəqiqə dodaqlarınızın üzərinə qoyun. Qış ayları boyu bunu mütəmadi olaraq tətbiq edin.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.