Kirayələnmiş fahişə

Kirayələnmiş fahişə
Kirayələnmiş fahişə

Kirayələnmiş fahişə
Şəhərin səs-küyündən uzaq, sakitlikdə yerləşən otelə ən çox əcnəbilər gəlirdi. Dostları ilə maşınından düşən adam başını qaldırıb binaya tərəf boylandı. Ətrafı nəzərdən keçirdi, sakit ortam xoşuna gəlmişdi. İnsanlardan mümkün qədər uzaq gəzən 35 yaşlı Murad qapalı biri idi. Dostları belə onun uzaqlığını, qapalılığını çözə bilməmişdi. Dostlarından biri otelə keçmək üçün onu səslədi. Dörd dost binanın böyük qapısından içəri daxil oldular.

Qeydiyyat mərkəzinə yaxınlaşan dostlardan biri orda əyləşən cavan oğlana rezervasiya edilmiş otaqları soruşdu. Dörd ayrı otaq ayrılmışdı. Oğlan açarları təqdim edib mərtəbələri bildirdi. Açarı təhvil alan adam bu oğlana gülümsər mimika ilə: "qonaqlarımız da olmalı idi, onlar da burdadırlar, yəqin... dörd xanım gəlməlidir" deyib göz qırpdı. Cavan oğlan başı ilə təsdiqləyib: "siz otağınızda rahat edin, qonaqlar da bir azdan gələcəklər" dedi. Dostlar liftə yaxınlaşıb 4-cü mərtəbədəki otaqlarına qalxdılar. Axşam saatları idi, təbəssümlə sabahadək deyib hərəsi öz otağına çəkildi. Murad da otağında əynindəki geyimi yüngül sport dəstlə əvəz etdi. Çox keçmədi ki, qapı döyüldü. Murad, xanım qonağın gələcəyini təxmin edib qapını açdı. Dəhliz qaranlıq olduğundan xırda bədənli, çox da kök olmayan bu qızın üzünü tam seçə bilmədi. Əli ilə buyur işarəsi göstərən Murad qızın otağa keçməyini görüb qapının yanındakı asılqandan dəsmalını götürdü, "duş alacam, 10 dəqiqəyə" çıxaram deyib hamama girdi.

Ağbəniz, qəhvəyi saçları və qonur gözləri olan bu qız sakitcə divanda əyləşdi. Otaqda sakitlik hökm sürürdü. Bir az dərindən qulaq asanda hamamdan suyun şırıltısını eşitmək olurdu. Bir neçə dəqiqə sonra anidən hamam qapısının açılışı qızı diksindirdi. Murad otağa gəlib qızın üzünə baxmadan, aşağıdan nə sifariş edəcəyini soruşdu. Cavab gəlməyincə çevrilib qıza baxan Murad, qorxaraq divanın bir küncünə qısılıb, narahat şəkildə oturan qızın yanına gəldi. Qızın iç-içə qoyulmuş əllərinin və ayaqlarının əsməsi Muradın gözündən yayınmadı. Sifətinə baxanda üzündəki makiyaja rəğmən cizgilərindən azyaşlı olduğu bilinirdi. Murad çox qadınlar görmüşdü, fəqət heç biri onu bu qədər təəccübləndirməmişdi. Qızdan mülayim bir tərzdə adını və yaşını soruşdu. İncə və həyəcanlı səs tonu ilə adının Mələk, yaşının isə 17 olduğunu deyən qız Muradın gözündə bir anda uşağa çevrildi. Zahirən qəddar, zəhmli görünən bu adamın, əslində, mülayim, sevgi və mərhəmət dolu bir qəlbi vardı. Mələyin üzündən axan yaş sifətindəki makiyajı sildiyi üçün əsl dərisini otağın işığında aydın görmək olurdu. Gözündəki tuj axan yaşla qarışıb sifətinə qara xətlər çəkmişdi. Görünür, həyatındakı qara xətlər üzündəkindən qat-qat dərindir. Murad Mələyin halına acımışdı, 17 yaşlı bu qız otel otağına kirayələnmiş bir fahişə kimi gəlmişdi. Mələk səssizcə ağlayırdı, amma onun içindəki təlatümləri görməmək, duymamaq mümkün deyildi. İçində fırtına qopsa da, müştərisini rahatsız etməmək üçün səssiz ağlamağa məcbur idi. Axı, Mələk bu gecə Muradı əyləndirmək, istirahətini və həzzini sağlamaq üçün gəlmişdi. Muradın bütün hissləri soyumuşdu, qarşısındakı bu uşağı həyatın təpiklərindən qoruyan olmamışdı mı deyə düşünürdü. Mələyə: "sadəcə söhbət edək bu axşam, danış, mənimlə bölüş, məndən sənə zərər gəlməz... Nə lazımdırsa, edəcəyəm, narahat olma. Pulunu da ödəyəcəyəm. Bilirəm ki, sən onu "sahibinə" verməlisən. Və bunu qarşılıqsız edəcəyəm" dedi. Mələk başını qaldırıb adamın üzünə diqqətlə baxdı və içindəkiləri danışmağa hazırmış, buna ehtiyacı varmış kimi yavaş-yavaş anlatmağa başladı...

Kirayələnmiş fahişə

"...Cənub zonasında böyümüşəm, 14 yaşım olanda atam məni gələn ilk elçiyə verdi. Həmən də toy elədilər. Uşaq idim, heç nəyi anlamırdım. Toy-düyün mənə anlaşılmaz görünürdü. Bakıya gəlin köçdüm. Toyumdan bir neçə ay sonra yoldaşım məni incitməyə başladı. Döyür, hər xırda şeyə görə söyüb qovurdu. Soyuqda şaxtada günlərlə bayırda yatırdım. Ya da o, içib yatandan sonra içəri keçir, səhər tezdən oyanıb görməsin deyə bayıra çıxırdım. Hər axşam sərxoş olurdu. Qaynanam pis qadın deyildi, amma o da oğluna qarşı gələ bilmirdi. Bir müddət sonra övladım oldu. Bəlkə, uşağa görə daha məni döyməz deyə ümid edirdim. Amma tam əksinə, daha artıq döyülürdüm. Məni təpikləyib, qarnıma zərbələr endirib həyətə atırdı. Qarın üstündə ağrılarımla inildəyib güclə səhəri açırdım. Bir gün yoldaşım evdə olmayanda qaynanam yol pulu verdi və mənə rayona - ailəmin yanına getməyimi söylədi. Getməsəm bir gün döyülməkdən öləcəkdim. Mən pulu alıb atam evinə qayıtdım. Evə çatıb olanları danışandan sonra atam da məni döydü. "Qadının yeri ərinin yanıdır" deyib məni qolumdan tutduğu kimi geri gətirdi. Yoldaşımın yanında qalmaq istəmədiyimi, məni döydüyünü dedikdə yoldaşım və atam ikisi birlikdə üstümə hücum çəkib məni ölümcül halda döydülər. Bütün əzələlərim keyimişdi, bədənimi hiss etmirdim. Atam rayona qayıtdı. Bir də belə bir şey olsa, məni öldürəcəyini dedi. Günlərlə çöldə yatır, uşağıma belə baxa bilmirdim. Yoldaşım mənə yemək hazırlatdırıb yeyir, sonra isə sərxoş olub döyərək bayıra atırdı.

Bir gün çölə atıldığımı görən, halımdan xəbərdar olan bir qonşu yanıma gəldi. Məni evinə apardı. Üz-gözümün qanını yuyub təmizlədi. Sonra mənə: "səni bir qadınla tanış edəcəm, o sənə iş də tapacaq, qalmağa yer də verəcək. Çıx get, belə adamla yaşamaq olmaz, onsuz da, qalsan bir gün öləcəksən" dedi. İnandım o qadına, razılaşdım. Bir xanımla danışıb məni onun yanına göndərdi. Görüşdüyüm o qadın mənə hər şey vəd etdi, qalmağa yer, yemək və paltarlar verdi. Və bir gecə yanıma bir kişi göndərdi... Bununla da bu həyata qədəm qoydum, nə geri dönəcək kimsəm, nə də qayıdışım var. Sən görüşdüyüm dördüncü kişisən, yəni təzəyəm. Ona görə də, "işimi" lazımca yerinə yetirə bilmirəm".

Ağlayaraq bunları danışan Mələk üz-gözünü yumaq üçün hamama keçdi. Muradın içindəki hisslər daşaraq bir-birinə qarışımışdı. Bir tərəfdən, yaşıdları orta məktəbdə oxuyan bu qızın düşdüyü duruma acıyır, bir tərəfdən Mələyin atasına və ərinə içindən lənətlər yağdırırdı. Yumruqlarını bərk sıxan Murad bu gecəyə təəssüf etmişdi. Dostları digər otaqlarda dincəlir, əyləncə yaşayır deyə deyil, həyatın bir acımasızlığını, daha bir qızın puç olmuş həyatını bu gecə öyrəndiyi üçün kədərlənmişdi. Mələk içəri gələndə onun üzünə baxmağa qorxan Murad nömrəsini istədi. Ona yardım etmək, bu həyatdan çıxarmaq istəyirdi. Nömrəsini yazan Mələk bu gecə üçün üzr istədi. Murad onun pulunu artıqlaması ilə çantasının üstünə qoydu və o gecədən sonra bir daha heç bir fahişə ilə birlikdəliyi olmadı.

Səhər açılanda dəhlizdə görüşən dostlar deyə-gülə oteldən ayrıldılar. Yol boyu gecə təəssüratlarını bölüşən yoldaşlarını dinləyib, Murad sadəcə susurdu...

Kirayələnmiş fahişə

Toplumun qarşısına belə bir sual qoyuram: Kimdir günahkar?

14 yaşlı uşağı ərə verməyə tələsən və arxasında bir valideyn kimi dayanmayan, övladını qorumayan "ata"...?
Acımasız, vicdandan xəbəri olmayan əyyaş "ər"...?
Yoxsa bir qızı bu həyatı yaşamağa vadar edən cəmiyyət...?


Kirayələnmiş fahişə


Müəllif: Aysel Abdullazadə

RƏYLƏR
  1. Tutdum_opecem
    Ovlad qedri bilmeyen atalar ozleride kef ucun ovlad dunyaya getirirler amma sonrasini fikirlewmirler atalar atalar her zaman eziyyet ceken qadinlardi. Kiwiler bowanir uwaqda, imtina edir gedir birini alir yene kefinde olur qadinlar da zulm eziyyetnen uwaq baxilar bes bu qadinlar neyneasi toplum icindede bowanan ikinci ere geden qadinlara pis baxirlar bes bu qadinlarin ehtiyaclarini kim odesin indi ise qadinlar bezibler erin ustune uwaqini atif geden qadina bir terefdende piis baxmaq lazim deyil kiwiler uwaqlarini atib gedende bawqa birini alif kef gorende uwaq arvad yada duwmur qadinlar boyda kiwilerin tepesini daw duwsun
  2. BaBY..
    - ` Çox təəssüf.!Həqiqətəndə çox pis oldum kiçik yaşda ailə həyatı qurmaq nədiee.Hələ həyatın qanunlarını bilməyib,acısını çəkməyib kiçik yaşda görürlər hər şeyi.Çox pis lap pis baxıram belə şeylərə.Cənub zonasında çox vaxt erkən yaşda zorla ailə həyatı qurdururlar.İndiki zamandada var.Guya burda yoxdu əlbətdəki var.Yazıq qızlara işgəncə əzab çəkdirirlər yazıqlar.Biraz pula görə öz evladlarını satanlarda var bu dünyada da nə deyim bu " dirnaqarası "
    adamlara.


  3. royus
    • royus
    • 26 Kasım 2015 12:29
    Sitat: ALiYeV
    Sitat: royus
    bilmirem bu hekayeni hardan goturmusuz amma niye mes Cenub zonasindanki men de cenubluyam ve hec bele bir sey esitmemisem niye Cenublulari pis qeleme veririsizki ? gunaha qalsada gunahim boyugu onu ere veren atada olub

    Xanim siz burda tapa tapa Cenub zonasi meselesinemi baxirsiz? Burda esl meqam bashqadir. Əgər Cənub zonasini pislemek deyirsizse Men Ozumde Cənubluyam eger bele bir niyyetle yazilmish olsaydi hec bu meqale bura yerleshdirilermiydi?!
    Uşaq yaşında evləndirilən çox adam görmüşəm və çox təəssüfki bu hal bizim ölkədə də baş alıb gedir.



    ne qeder bele pis bir hadise olursa her zaman Cenub zonasinda olur niye bu qeder pisnelinir hec bilmirem ele bil hec bir zonada bele bir sey bas vermir artiq insanlarin Cenub zonasi haqqinda fikirleri deyisib

    [quote=royus][quote=ALiYeV][quote=royus]bilmirem bu hekayeni hardan goturmusuz amma niye mes Cenub zonasindanki men de cenubluyam ve hec bele bir sey esitmemisem niye Cenublulari pis qeleme veririsizki ? gunaha qalsada gunahim boyugu onu ere veren atada olub[/quote]
    Xanim siz burda tapa tapa Cenub zonasi meselesinemi baxirsiz? Burda esl meqam bashqadir. Əgər Cənub zonasini pislemek deyirsizse Men Ozumde Cənubluyam eger bele bir niyyetle yazilmish olsaydi hec bu meqale bura yerleshdirilermiydi?!
    Uşaq yaşında evləndirilən çox adam görmüşəm və çox təəssüfki bu hal bizim ölkədə də baş alıb gedir.
    [/quote]
    ne qeder bele pis bir hadise olursa her zaman Cenub zonasinda olur niye bu qeder pisnelinir hec bilmirem ele bil hec bir zonada bele bir sey bas vermir artiq insanlarin Cenub zonasi haqqinda fikirleri deyisib Allah bele pis insanlarin hamisa lenet elesin
  4. -Aydan-
    -Gözəl nəzər nöqtəsi var...
    -Uşaqları balaca yaşlardan evləndirmək demək olarki, Təkcə cənub bölgəsində deyil bütün dünyada var ...Pula qarşılıq və ya da nəyəsə qarşılıq balaca yaşda qızlarımızı onlardan qat-qat böyük kişilərə ərə verirlər..
    -Günah hər üçündədi, beləki, atada günah var ki,14 yaşındakı balca körpəni ərə verir..Həyat yoldaşındadı günahki, onun balaca olduğunu bilə-bilə buna razıdır..
    _Ən böyük günah cəmiyyətdədirki, belə şeyləri görə-görə hələdə belə şeylərə diyan deyir.
  5. Bella
    • Bella
    • 26 Kasım 2015 00:12
    Hekayə bir tərəfdən maraqlı, digər tərəfdən üzücü idi. Bu cür hadisələr demək olar ki, cəmiyyətdə çox geniş yayılmışdır. Mələk kimilər az deyil. Burada əsas həm ailə həm cəmiyyətdi. Yəni ki, valideyn uşağı düzgün yola istiqamətləndirməli, erkən nigaha qoymamalıdır. Əgər Mələk təhsil alsaydı, 14 yaşında ailə qurmasaydı bu hala gəlib çıxmazdı. Digər faktor isə insanın ətrafı, onun mühitidir. Yəni insanın tərbiyələnməsində cəmiyyətin rolu da var. Mələyin ətrafı pis olduğu üçün o bu hala düşür. Əksinə, bu cür insanlara kömək etmək lazımdır. Çətin vəziyyətdə olan insanın köməksiz olmasından istifadə edib pis yola çəkmək, şübhəsiz ki, qəbahətdir. Mələyin timsalında bu cür vəziyyətdə olan insanlara Allah kömək etsin.
  6. AleDa
    • AleDa
    • 25 Kasım 2015 17:50
    Tesuf kı bu meselede.. Her 3de gunahkardı.. Indıkı zamanda bu cur heyatları olan qızlar az deyıl. Cemıyyetden de cox sey asılıdı.. Aılede bele bır problem varsa en azından cemıyyet bu ınsana komek etmelıdı.. Bu hekayenı oxuduqca cox pıs oldum. Dogurdanda ınsanlıq olub.. Bu cur atalar erler var olduqca ınsanlıq deye bır sey qalmayacaq.. Bu hekaye qarsısında cox soz demek olar.. Ama neyse.
  7. FeaT.Az
    Sitat: royus
    bilmirem bu hekayeni hardan goturmusuz amma niye mes Cenub zonasindanki men de cenubluyam ve hec bele bir sey esitmemisem niye Cenublulari pis qeleme veririsizki ? gunaha qalsada gunahim boyugu onu ere veren atada olub


    Xanim siz burda tapa tapa Cenub zonasi meselesinemi baxirsiz? Burda esl meqam bashqadir. Əgər Cənub zonasini pislemek deyirsizse Men Ozumde Cənubluyam eger bele bir niyyetle yazilmish olsaydi hec bu meqale bura yerleshdirilermiydi?!
    Uşaq yaşında evləndirilən çox adam görmüşəm və çox təəssüfki bu hal bizim ölkədə də baş alıb gedir.
  8. royus
    • royus
    • 25 Kasım 2015 17:24
    bilmirem bu hekayeni hardan goturmusuz amma niye mes Cenub zonasindanki men de cenubluyam ve hec bele bir sey esitmemisem niye Cenublulari pis qeleme veririsizki ? gunaha qalsada gunahim boyugu onu ere veren atada olub
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.