Əxlaqsız Masa

Əxlaqsız Masa

Əxlaqsız Masa

Cəmiyyətin israrla qəbul etmədiyi, kənarlaşdırdığı, alçaq tutduğu, qınadığı və anormal saydığı qədim bir "peşə” - fahişəlik!
Kökü qədim dövrlərə dayanan bir pullu xidmət növündən söz edəcəm.
Dolanmağımız üçün müəyyən məbləğ qarşılığı hansısa işlər, xidmətlər görməliyik. Kimisi fəhləliklə, kimisi sahibkarlıqla, kimisi xadiməliklə və nə təəssüf ki, kimisi də fahişəliklə pul qazanır...
Bu mövzuda yazı yazmağı düşünəndə iki-üç fahişəylə görüşməli, onları səmimi və ya geyri-səmimi olmaqlarından asılı olmayaraq dinləməliydim. Yazılar reallıqdan yazılanda daha effektli alınır.
Yazıdakı məqsədim isə kimisə düz yola çəkmək deyil (Bu inanılmazdır ki, fahişə bir köşə oxusun və fahişəlikdən əl çəksin). Mən əyri yola sapmaq istəyənlərə bir "yol xəritəsi” cızmaq istədim...
İş yoldaşlarımdan birindən fahişə nömrəsi istədim. Nömrəni yığanda səs izdihamlı bir yerdən duyulurdu. Telefonu götürən xanım "evin yerini bilirsənsə, gəl, bilmirsənsə, 100 manat götür, gəl İçərişəhər metrosunun önünə” - deyib telefonu üzümə bağladı.
Elə də elədim. İçərişəhər metrosuna çatanda təkrar nömrəsini yığdım. Söndürülmüşdü... Çoxsaylı cəhdlərdən sonra zəng getdi və bu dəfə bəlağətli, qulağa xoş gələn azyaşlı bir qızın səsi gəldi.
Telefon söhbətimizi tam yazıram:
- Xanım, salam!
- Salam;
- Sizinlə bayaq da...
- Gəl.
- Deyirəm ki, gəlmişəm, dediyin yerdəyəm.
- Gözlə... Dud-dud-dud...
Hardasa 10 dəqiqə keçdi.
Havanın soyuq olmağına baxmayaraq qısaqol köynək, qısa balaqlı şalvar (bu, şortik deyildi) və belinə adidas pencək bağlayan, gözəlliyi solmuş, kobud bir təbəssümlü, boyu təqribən 167-170 sm qədərində olan, uzun və qara saçı arxaya dağılmış, ağ bənizli, normal köklükdə bir xanım yaxınlaşdı.
-Salam. Biz haçansa görüşmüşük?
- Yox.
- Gedək…
Ağır addımlarla "xanım”ın arxasınca gedirəm.
Xanım sükutu pozur.
- Saatım 50 manatdır, hər növdə xidmət etmirəm. Yalnız ənənəvi qaydada əlaqədə oluram. Gecə 200 manatadır, amma məkanı siz seçməlisiniz.
Burda sözünü kəsib deyirəm:
- Mən sizinlə "kravat” yox, masa arxasında görüşmək istəyirəm.
- Hmm, bildim hansı pozanı deyirsiniz? Mənim də xoşum gəlir o pozadan, rahat … bilirəm onda.
- Dur bir dəqiqə! Sən fahişəsən , tamam, seksdən başqa mövzun yoxmu danışacaq? Nə pozası? Söhbət etmək istəyirəm, söhbət!
- Söhbət üçün evə niyə gedək ki, elə parkda söhbət edərdik də. (gülür)
Mən söhbət-zad fikrində deyiləm. Müştərilər gözləyir. Səndən xeyir görsənmir. Hadi yoluna.
Mən də xidmətinin haqqını verəcəm. Bir müştəriyəm. Yarım saat vaxtını alacam və qarşılığında pulunu verəcəm.
- Onda bir kafeyə gedək!
- Gedək...
Bir kafeyə giririk. Nə istədiyini soruşuram.
Bir bakal pivə və 100 qram araq istəyir, Eynisini mən də sifariş edib kabinetə yollanıram.
O deyir, mən başlayıram qeyd etməyə.
Qarsonun gətirdiyi 100 qram arağı pivənin üstünə endirib, aram-aram içməyə başlayır.
- Adım Günel. Sevgi adında bir rəfiqəmin doğum günü idi. İsrarla dəvət etdi, getdim. İçəridə ancaq gənc qızlar və oğlanlar var idi. Musiqi mərkəzində xarici mahnı fonunda oynayan kim, siqret çəkən kim, süfrə arxasında yemək yeyib içki içən kim...
Bakallarımız boşalır, "Qarson, zəhmət deyilsə, yenidən doldur deyə sifariş verir” və mənə baxaraq əlavə edir: "Sənə də?”
Cavab verirəm: Araqsız!
Hə, harda qalmışdıq? Deməli belə... Mənə də bir stəkan sprite (sprayt) süzdülər. O suyu içəndən sonra bir çılğın ehtiras bütün bədənimi bürüdü. Sifətimin qıpqırmızı qızardığını hiss edirdim. Heç vaxt belə ehtiraslanmamışdım. Yəqin, suyun içinə dərman atmışdılar.
Sonra Sevgi mənə göy rəngdə bir həb verdi. Artıq heç nəyə etiraz etmək hayında deyildim. Həbi atdım.
Səhər açılanda isə bakirəliyim də ölmüşdü, qürurum da...
Ondan sonralar isə sadəcə bədən tələb edir deyə çeşidli adamlarla cinsi əlaqəyə girdim və çeşidli narkotikdən istifadə etməyə başladım.
Bir də ayıldım ki, bir yazıçıya müsahibə verəcək qədər yüngül əxlaqlı, (əlini cibinə salıb 50 manat pul çıxarır) mənliyimi buna görə satan adi bir fahişəyəm... (süni təbəssüm alır və çıxır)
Bir az donub qalıram. Pivəni bitirdikdən sonra qarsona yaxınlaşıb hesabı soruşuram. Ödənilib deyir.
Digər - Ülkər və Aygündən (Ayka) aldığım hekayələri isə yazmağa bundan sonra qərar verəcəm.xoshbextqadin.az


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.