Masonlar haqqında maraqlı faktlar - ARAŞDIRMA

09 Ekim 2016
2 051
0
Masonlar haqqında maraqlı faktlar - ARAŞDIRMA
Masonluq, kökləri Orta Əsr Avropasına söykənən və qurulduğu tarixdən etibarən bütün dünyanı təsiri altına alan bir təşkilatdır. Bu qədər geniş şəkildə rast gəlinən və dünya səviyyəsində milyonlarla üzvü olan bir birliyin əlbəttə çox uzun zaman gizli qalması mümkün deyildi. Budur masonluq haqqında etibarlı qaynaq və araşdırmalardan əldə edilən 15 çox maraqlı məlumat:

1. Masonluğun meydana çıxmasına dair çox dəqiq bir tarix göstərilməsə də, bu birliyin Avropalı bənnalar tərəfindən yaradıldığı, 14-cü əsrə söykənən peşə birliklərindən təkamül edərək bugünkü vəziyyətə gəldiyi məlumdur.

Masonluq və onun dərəcələri adını 14-cü əsrin sonlarına əsaslanan dərnəklərdən alıb.

Masonluğun üç təməl dərəcəsi vardır: şagirdlik, tələbəlik və ustalıq. Masonların cəngavər mənşəyinə sahib olduğu haqqında yaranan fikir hələ müzakirə edilən bir başqa nəzəriyyədir.

2. Masonluq müəyyən bir dinə inanmağı vacib hesab etməz, ancaq inancsız insanın mason lojalarına daxil olması mümkün deyil.
Bəli, maraqlıdır, lakin bir ateist, ya da aqnostiksinizsə, mason lojasına daxil ola bilməzsiniz. Masonluqda ilk vaxtlar xristianlıq yüksək tutulsa da, sonrakı dövrlərdə digər din və inanclara da yer verilib.

3. Masonların təşkil etdiyi qəbul mərasimləri gizli saxlanılır, lakin bu gün bəzi lojaların köhnə simvollardan, göz bağlama ənənəsindən və soyunmaqdan hələ də istifadə etdiyi məlumdur.
Mason lojasına qoşulmaq üçün fərqli şərtlərlə bərabər, bir üzvün tövsiyəsi də lazımdır. İndiki zamanda insanlar internet vasitəsi ilə də olduqları şəhərdəki lojalara və yığıncaqlara qatıla bilər.

4. Masonluqda insanların məxsus olduğu dərəcələrə görə xüsusi salamlaşma qaydaları var.
Masonlar ortaq bir fəlsəfi infrastruktur və insanlıq prinsipi çərçivəsində birləşirlər. Sevgi, hörmət, dözümlülük, haqq bərabərliyi, ümumbəşəri qardaşlıq və elmi inkişafın zərurəti kimi anlayışlar masonluğun əsasını təşkil edir. Masonluğu bir təkamül prosesi olaraq görən üzvlər, cəmiyyət içində başqalarının anlamadığı, özlərinin təyin etdiyi, üzvlərin olduqları dərəcəyə görə dəyişən salamlaşma üsulu vardır.

5. Hamımızın bildiyimiz və cəmiyyətimizdə bir əxlaq nümunəsi sayılan "Özünə istəmədiyini başqasına etmə" deyimi masonlara aiddir.
Bu sözə masonluğun e.ə. 500-cü ildə yazıldığı təxmin edilən ilk əsərlərindən biri - "Böyük doktrina"da rast gəlinir.

6. Masonlar, orta əsrlərdən bu yana cəmiyyətin bir çox əhəmiyyətli sahəsində iştirak edir.
Mason olduğu dəqiq bilinən tarixi şəxsiyyətlər arasında Corc Vaşinqton, Sir Winston Churchill, Charles Darvin və Bethoven kimi əhəmiyyətli insanlar var.

7. Qadınların mason lojasına qatılmaları birinci dəfə yığıncaqlara gizlicə daxil olmaları sayəsində reallaşmışdır.
İlk dəfə 1712-ci ildə İrlandiyada masonlardan birinin qızı lojaya gizlicə daxil olmuş və fərq ediləndə üzvlüyə qəbul olunub.

8. Hitlerin masonları təhlükə kimi gördüyünə görə 200 minə yaxın üzvün ölüm düşərgələrində öldürüldüyü güman edilir.
Və öldürülən masonların sayı təxmin edilməklə yanaşı, ümumilikdə neçə adamın ölüm düşərgələrində saxlandığı bilinmir. Müharibədən sonra gözlənilənin əksinə Almaniyadakı masonların sayı durmadan artıb.
turkstaninfo
[right][/right]

ƏN SON XƏBƏRLƏR

HAMISI
Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)
19:00
0

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)

Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ