Öləndən sonra nə olur? - O, dirilib hər şeyi danışdı

05 Mart 2017
3 558
0
Öləndən sonra nə olur? - O, dirilib hər şeyi danışdı
Kliniki ölüm və axirət həyəcanları...

Sürətlə inkişaf edən texnoloji yeniliklərə baxmayaraq, bəşəriyyət indiyə kimi bir çoxumuza maraqlı gələn bu suala cavab tapa bilməyib:
Ölümdən sonra həyat varmı?


Feat.Az brifinq.com-a istinadən xəbər verir ki, kliniki ölümü yaşayan minlərlə insan var və olub. Onların hər biri oyananda müxtəlif hekayələr danışsa da, həkimlər bunun sadəcə, hallüsinasiya olduğunu iddia edir. Bununla belə, bəzi hadisələrdən sonra hətta ateistlər belə axirətin varlığı haqqında düşünməyə başlayıb.
Belə hadisələrdən biri 2015-ci ildə Alina adlı qızın başına gəlib. O, infarkt keçirib və xəstəxanaya aparılıb. Lakin qız orada artıq nəfəs almırdı. Həkimlər ona kliniki ölüm diaqnozu qoymuşdular.

Qızın sözlərinə görə, o, yatdığı müddətdə ətrafında baş verənlər sanki izləyirmiş. Alina həmin ərəfədə özünü narahat hiss edirdi. Valideynlərinin onun ölümünü qəbul edə bilmədiklərini gördüyünü deyirdi:

"Valideynlərim danışırdı, ölümümdən pis olmuşdular. Onlara baş verənləri izah etməyə çalışırdım, lakin məni eşitmirdilər".
Alina sonradan reanimasiyaya yerləşdirilib və özünə gəlib. Ayılanda yanında qardaşı olub. Bir müddət sonra məlum olub ki, həmin vaxt anası da özünü pis hiss edib və qızına zəng edib. Telefona həkim cavab verib və Alinanın anasına qızının ürək tutmasından danışıb. Alina heç kimin onu eşitmədiyini düşünsə də, əslində artıq ayıq idi. Ona görə də çaş-baş qalmışdı. Necə ola bilərdi axı? Özündən 400 km uzaqda olan bir şeyi hiss edirdi.
Bu cür hadisələrə görə, tarix insanı ruhla həyat arasındakı bağlılığın mümkünlüyü haqqında düşündürür.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.