Nişanlı Olsam da Başqasını Sevirdim…

15 Ocak 2015
3 687
0
Nişanlı Olsam da Başqasını Sevirdim…
Nişanlı Olsam da Başqasını Sevirdim…

Saytınızın daimi oxucusuyam. Saytınızda yeni yaratdığınız “Oxucu Məktubu” adlı bölməyə yazılan məktubları oxuyub cox təsirləndim.İnsanların xoşbəxtlikləri eyni,oxşar olsada, bədbəxt insanların talehləri müxtəlifdi.Allah kimsəni ağır imtahana cəkməsin.Amin.Mən də öz həyatımda olan hadisəni sizlərlə bölüşmək istəyirəm.

Ailənin tək övladıyam. Tək övlad olmağıma baxmayaraq ailədə ciddi rejim olub.Atam həddindən artiq ağır xasiyətli,anam isə onun tam əksi olaraq yumusaq mülayim, sakit təbiyətli insandı.Ailədə olan ciddi rejim, qorxu mənə elə aşılanmışdı ki,yetkinlik yaşımda olsamda sevib sevilmək haqqinda düunməyə belə imkan verməyib.Yol gedəndə də mənə elə gəlirdi ki, atamın nəzərləri mənimlə hər yerə gedir.

Bir dəfə bizi ailəliklə qonaq devət etmişdilər. Qonaq getdiyimiz evdə bizdən başqada bir ailə vardi.Oturub yeyib içəndən sonra böyüklər söhbət etdilər.Aradan bir həftə keçdi qonaq getdiyimiz evin xanımi anama bizimlə birgə qonaqlıqda olan ailənin oğlunun məni bəyəndiyini dedi.Əlbəttdə ki,anam redd cavabi verdi,həm yaşim azdı,həm də atamın qorxusu hər ikimizədə kifayət edirdi.Bu məsələni anam atamdan gizləsədə oğlan evinin israrlı gəliş gedişi atamıda yumuşaltdı.Evdəkilər mənim razılığımı verəndə,mən bibimgildə qalırdım.Bibimdə o vaxt xestə yatırdı.

Dekabırın 30-u böyük nişan mərasimi oldu.Nişanlanmağıma baxmayaraq bir dəfə də olsun barmağımda o insanin üzüyünü daşımadım. Oğlan görünüşcə yaraşıqlı olsada mənə heç xoş gəlmirdi.Amma həddim nə idi söz deyə biləm.Pis insan deyildi,amma onu sevə bilmirdim.Unversitetdə Hüquq fakultəsində təhsil alırdı.Nə zaman ki, eşidirdim məni görmək ücün gəlir mən həmin gün rayona xalamgilə ya da kəndə nənəmgilə gedirdim.Bir il nişanlı qaldıq.Ancaq bu müddətdə 2-3 dəfə o da böyüklərə bir arada görüşdük.Özüdə bilirdi onu sevmədiyimi.

Bibimgildə qalanda bibimin ər trəfindən uzaq qohum olan bir oğlan yaşca da məndən böyük məni görüb bəyənibmiş.Maraqlanıb öyrənib nişanlandıgımı.Bir müddət keçəndən sonra o oğlanda nişanlanıb.Elə alındı ki, mənim könülsüz nişanlandığımı bilən qohumlar atamı danladılar.Bu ailə işidi,bir ömür boyu bir yerdə olacaqlar.Uzun sözün qısası mən nişanlıma xəbər yolladım məni gözləməsin deyə toy günüdə olsa bele mən bu işi pozacam deyə.Sag olsun o da mənim işimi yüngül elədi.İçkili halda başqa bir qızı götürüb qaçırdı.Sevinirdim.Uçmağa qanadlarım yoxuydu.

Mən təhsilimi davam etdirdim.Unversitetə qəbul oldum.Qiyabi oxuyurdum.Bibimgildə gördüyüm oğlanında nişanı qaydıbmış.Məni çox yerdən istəyən olsa da,mən ancaq oxumaq haqqında düşünürdüm.Ancaq heqiqi sevgi olanda sanki insanin dilidə tutulur.Bibimgildə qarşılaşdığım insanla iki ildən sonra yenə qarşılaşdım.Bir birimizə sevgi etirafı olmasada, amma bir birimizi həddən artiq cox istəməyimizdən əmin olduğumuzu bilərək el adətiyə ailə qurduq.İki gözəl tərbiyəli övladımız var. Xoşbəxtəm.Bir qadın kimi həm sevirəm həm də sevilirəm. İmza: Fidan Məhərrəmova
mənbə:yenilik.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.