Nəsihət

25 Şubat 2015
1 502
0
Nəsihət
Nəsihət

Əli ibn Əbu Talib`in
(radıyallahu anhu) oğlu
Hüseynə (radıyallahu anhu)
nəsihətləri:
- Oğlum, sənə həm gizlidə, həm də
aşkarda Allahdan qorxmağı, həm
qüvvətli, həm də razılıq halında haqqı
deməyi, həm varlı, həm də kasıb
olanda qənaət etməyi, həm dosta,
həm də düşmənə qarşı ədalətli
olmağı, həm tənbəllik, həm də yaxşı
əhval-ruhiyən olduqda çalışmağı,
həm çətin, həm də asan vaxtı
Allahdan razı olmağı tövsiyyə edirəm.

- Oğlum, bil ki, Cənnətdə heç bir
pislik, Cəhənnəmdə isə heç bir xeyir
yoxdur. Cənnətdən başqa hər bir
nemət, Cəhənnəm odundan da başqa
hər bir bəla bir heç kimidir.
- Oğlum, bil ki, öz eyiblərini görən
şəxs, heç zaman başqasında eyb
tutmaz.

- Oğlum Allahın ona böldüyü payla
razılaşan şəxs heç zaman itirdiyi bir
şeyə təəssüflənməz.
- Oğlum öz səhvlərini unudan şəxs
başqalarının səhvlərini böyüdər.

- Oğlum özünü bəyənən kəs yolunu
azar, ağlını hamıdan yüksək tutan
alçalar, başqalarını səfeh sayan
söyülər, alçaqlara qarışan rəzil olar.
- Oğlum, həsədi tərk et ki, səni
sevsinlər.

- Oğlum möminin izzəti insanlardan
heç bir şey istəməməyindir. Aza qane
olmaq tükənməz bir maldır.
- Oğlum bil ki, zikr nurdur, qəflət
zülmətdir. Cahillik zəlalətdir. Ən
xeyirli miras ədəbdir.

- Oğlum qohumluq əlaqələrini
kəsməklə irəliləyiş, pisliklə də
varlanmaq olmaz.
- Oğlum elmin zirvəsi mülayim
olmaqdır.

- Oğlum İslamdan daha şərəfli
təqvadan daha ülvi, tövbədən yaxşı
şəfqət, iffətdən gözəl libas yoxdur.
Və nəhayət:
- Oğlum..... Elmini ve əməlini,
sevgisini ve nifrətini, alış-verişini,
danışığını ve sükutunu yalnız Allah
üçün edən kimsəyə Cənnət vacib
olar.

(əl-Bidayə vən-Nihayə, 7/328-329)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.