Zina və zinakarların aqibəti haqqında

28 Mart 2015
7 704
0
Zina və zinakarların aqibəti haqqında
Zina və zinakarların aqibəti haqqında

Zinakarlar haqqında
Zina bəhsinə daxil olmazdan öncə mühüm bir nöqtəni xatırlatmaq yerinə düşərdi. Əgər tarixə nəzər salsaq, hər hansı bir millətin din, etiqad, şərafət və insanlıq baxımından süqut etməsinin səbəbini, həmin millətin daxilində yoluxucu xəstəlik kimi yayılmış əxlaqsızlığın nəticəsi olduğunu görərik.
Bir çox böyük şəxsiyyətlərin qamətini qıran və onları ən alçaq dərəcəyə çatdıran ahu gözlü, şux qamətli qadınlar olmuşlar. Belə ki, Napaleon bu barədə deyir:
"Gözəl bir qadına olan cinsi meyldən başqa heç bir qüvvə məni təsir altına sala bilməz.”
Hal-hazırda güclü dövlətlər öz rəqiblərini məğlub etmək və onların dövlət sirlərini öyrənmək üçün ən gözəl qadınlardan casus kimi istifadə edirlər. Bəzən bir gecədə alçaq dövlət adamları bütün ölkəni bir qadının aldadıcı gözəlliyinə qurban verirlər.
Şəhvət, həvəs, şorgözlük dalınca gedənlərin aqibəti çox pis olacaqdır. O cümlədən:
1-Günaha aludə olmaq;
Şəhvətdə ifrata varmaq insanı istər-istəməz şəxsiyyətsizliyə aparıb çıxarır.
Şəhvət insanın çirkinlikləri gözəl və gözəllikləri çirkin görməsinə səbəb olur.
2-Ağlın fəsadı;
Şəhvətpərəstlik qalın bir pərdə kimi insanın ağıl və düşüncəsinin üzərini örtür. Nəticədə şəhvətpərəst insan haqqı batil, batili isə haqq kimi görür. Əmirəlmöminin Əli (ə) bu barədə buyurur: "Şəhvətpərəstlik ağlı fasid edir.”
3-Ləkələnmək;
Şəhvətpərəstlik insan heysiyyətini ləkələyir. Həzrət Əli (ə) buyurmuşdur:
"Şəhvətdə ifrata varmaq insan şəxsiyyətinin ləkələnməsinə və insanlığın, mürüvvətin aradan getməsinə səbəb olur.”
4-Rüsvayçılıq.
Şəhvətpərəst insan gec-tez hamı yanında rüsvay olur və abır-həyası aradan gedir.
Misir padşahının arvadı Züleyxanı buna misal göstərə bilərik. Züleyxa hədsiz şəhvət və Yusifə (ə) olan yersiz eşqi nəticəsində aləmdə rüsvay oldu. O, həm özünü və həm də saray qadınlarını rüsvay etdi.


Edit By:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.