Allah Əhli-beyti (ə) sevənlərə nə verəcək?

28 Mart 2015
4 105
0
Allah Əhli-beyti (ə) sevənlərə nə verəcək?
Allah Əhli-beyti (ə) sevənlərə nə verəcək?

ALLAH Əhli-beyti (ə) sevənlərə nə verəcək?
Peyğəmbər (s) buyurub:
Hər kim ki, Əhli-beytimi sevər, Əhli-beytimə bağlı olar Allah ona 20 xislət verər. 10-u bu dünyada, 10-u axirətdə.
Dünyada olanlar:
1. Zöhd-bəndə Allahın əmri ilə günah arasında qalanda, Allahın əmrini seçər.
2. Yaxşı işlərə hərislik.
3. Dinində təqva.
4. İbadətə şövq.
5. Ölümdən əvvəl həmin bəndəyə tövbə qismət olar.
6. Allah o şəxsə gec-tez gecə ibadətini qismət edər (gecə namazını)
7. Camaatın əlində olanlardan rəğbətsiz olar-tamahkar olmaz.
8. Allahın əmr və qadağalarına diqqətli olar.
9. (Haram-günaha aparan) Dünyaya nifrət edər.
10. Şücaətli olar bu insanlar.
Axirətdə olanlar:
1. Onun əməl dəftərini açmazlar (çünki buna ehtiyac olmaz).
2. Tərəzidə onun əməllərin ölçməzlər.
3. Əməl dəftəri sağ əlinə verilər.
4. Cəhənnəmdən bəraət yazarlar, yəni artıq bu insan cəhənnəmdən amanda olar.
5. Üzü nurlu halda məhşərə gələr.
6. Cənnət libasını bu insana geyindirərlər.
7. Özü cənnətə gedər-bu heç, öz yaxınlarından 100 nəfəri də cənnətə aparmaq imkanı olar.
8. Allah ona Rəhmət nəzəri ilə baxar
9. Allah onun başına izzət tacı qoyar-cənnət tacı.
10. Hesabsız cənnətə daxil olar.
Və Peyğəmbər (s) bunları dedikdən sonra belə buyurar:
Xoş o adamların halına ki, məni və mənim ailəmi sevir.
Allah bizi Əhli-beyt (ə) məhəbbəti ilə yaşadıb bu məhəbbətlə dünyadan köçənlərdən etsin!


Edit BY:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.