Yalnız "Allah Var" demək

21 Kasım 2014
3 676
0
Yalnız "Allah Var" demək
Yalnız "Allah Var" demək
Sual:
Yalnız Allahın varlığını isbat etməyə çalışan insanlar və kitablar var. Kimiləri bu kitablardan başqa kitab oxumur. Yalnız Allah var demək və Allahın varlığını bilmək Müsəlman olmaq üçün kafidirmi?

CAVAB:
Bir çox müsəlman olmayan, kainata baxaraq bunun bir yaradıcısı olduğunu rahatca anlaya bilir, "Allah var" deyə bilir. Belə deməklə Müsəlman ola bilməz. Müsəlman olmaq üçün altı əsasa inanmaq şərtdir. Birini belə qəbul etməyən Müsəlman ola bilməz. Həmişə Allahın varlığını isbat edən kitablar oxumaq, hikməti bilinməyən bəzi şeylərlə qarşılaşanda, bir şübhə hasil olmasına səbəb olar. Bu da insanı küfrə sürüyər. Bu işlərlə məşğul olan yazıçılar, (İslam düşüncəsi, ilahi şüur, Allahın fikiri) kimi küfr sözləri söyləməkdən çəkinməzlər, çünki bunlar, əqaid və fiqh bilməzlər. Küfrə düşmələri çox asan olar. Belə kitabları oxuyan da, hansı sözlərlə küfrə düşüləcəyini bilməz. Onun üçün fiqh və əqaid məlumatını da öyrənmək şərtdir.

Allaha inanan, etiqadını Əhli sünnəyə görə düzəltdikdən sonra, fiqhi yaxşı bilməlidir. Bilməzsə ibadətlərini səhv edər, ibadətləri boşa getməklə qalmaz, bidət işləyər. Səhvləri və bidətləri onu küfrə qədər sürüyə bilər.

Doğru Müsəlman olmaq üçün təsəvvüf elmini, əxlaq məlumatlarını öyrənmək də şərtdir. Fiqh elmindən xəbərsiz, əxlaq elmini bilməyən insan, etiqadı da Əhli sünnəyə uyğun deyilsə, səhərdən axşama qədər, "Allah var, birdir" deyə qışqırsa, 99 dəlillə Allahın varlığını isbata qalxsa, heç qiyməti olmaz.
(F. Hədisiyyə)

İndiki vaxtda Allahın varlığını müxtəlif dəlillərlə isbat edənlər, İbni Sakkadan fərqsizdir. Xristianlığı haqq din bilirlər. Keşişləri təqva sahibi görürlər. Müsəlman olmayan təqva sahibi olarmı heç? Əhli kitabın hamısı kafirdir. Bir ayəsi kərimə tərcüməsi belədir:

(Əhli kitab [Yəhudi və Xristian] və ya müşrik olan bütün kafirlər, Cəhənnəmdə əbədi qalarlar.)
[Beyyinə 6]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.