Müsəlman qardaşlar və bacılarım

16 Kasım 2014
1 548
0
Müsəlman qardaşlar və bacılarım
Müsəlman qardaşlar və bacılarım

Allah Təala Qurani Kərimdə namazı tərk edənlər barəsində buyurur: »Onlardan sonra namazı tərk edib şəhvətlərə uyan bir qövm gəldi. Biz onları cəhənnəmdəki ğay dərəsinə atacağıq».

Müsəlman qardaşlar və bacılarım, Namazı tərk etmək qulun həyatda itirə biləcəyi ən böyük itkidir. Çünki Namaz qulu Rəbbinə birləşdirən mühüm bir bağ və vasitədir. Bu bağ qopduqdan sonra insan zəlalət və küfr bataqlığında boğulmaması mümkün deyil. Amma çox təssüflər olsun ki, bu gün bizlərin çoxu insanları xəstə, şikəst, kor, kar gördüyümüz zaman onların halına, namazsız gördüyümüzdən daha çox acıyırıq. Halbuki bəsirət gözü ilə baxdığımız zaman, xəstəlik və ölüm həyatda itirdiyimiz ən böyük itki deyil, ən bəyük itki yaşarkən içimizdə ölən imandır. Namaz islamın 5 əsas dayağından birirdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: »Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk edərsə küfrə düşər.» Ömər bin Xattab (Allah ondan razı olsun) buyurur : «Namazı tərk edənin islamdan payı yoxdur.»

Allah Təala digər ayədə buyurur: «Cəhənnəm əhlindən soruşarlar: Sizin cəhənnəmə düşmənizin səbəbi nədir? Cəhənnəm əhli belə cavab verər: Biz namaz qılanlardan və kasıbı yedizdirənlərdən olmadıq , batilə dalanlarla bizdə dalardıq, və Qiyamət günü dirilməyi inkar edərdik.»
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.