▲QURAN'ın gücü▲ (Oxu!)

31 Mart 2015
1 760
0
▲QURAN'ın gücü▲ (Oxu!)
▲QURAN'ın gücü▲ (Oxu!)


▲QURAN'ın gücü▲ (Oxu!)
Ana kitabımız olan "Qur`an-i Kərim"in adının necə yaranması haqqında müxtəlif rəylər mövcuddur.
Qur`an kəlməsinin sonradan meydana gələn (törəyən) bir kəlmə olub olmadığı haqqında iki fərqli fikir var:

1) İmam Şafiyə görə Qur`an kəlməsi sonradan meydana gəlməyib (törəməyib) və hər hansı bir kəlməyə də bənzəmir. Qur`an, bilavasitə Allahın son kəlməsi üçün seçib bəyəndiyi “ismi xas”dır. Lakin “ismi xas” özəl adlardan fərqlənir. Belə ki, özəl adlar mahiyyəti ilə birlikdə bir hüviyyətə (şəxsiyyətə) sahib olan varlıqlara, yəni insanlara aiddir. Ancaq bir özəl ada eyni anda bir neçə şəxs sahib ola bildiyi halda “ismi xas” sadəcə tək olur. Yəni eyni anda birdən çox Əhməd, Məhəmməd adı ilə adlandırılan şəxslərin olması mümkündür. “İsmi xas” isə sadəcə Allah üçün istifadə edilir. Bu ad ona məxsus olub başqa heç bir şey üçün istifadə olunmaz.

2) On qiraət imamından biri istisna olmaqla (qiraət imamı Asımın da daxil olduğu) digər hamısı Qur`anın sonradan meydana gələn (törəyən) bir kəlmə olduğunu söyləmişdir.
Bir qrup alimə görə, Qur’an yaxınlaşdırmaq, birləşdirmək, yan-yana qoymaq mənalarına gələn “karanə” kökündən törəyib. Bununla birlikdə ən məqbul düşüncəyə görə Qur’an - oxumaq, yan-yana qoymaq, sıraya düzmək mənalarına gələn “karaə” kökündən meydana gəlib. Qur’an-i Kərimdə on yeddi yerdə keçən bu ikinci kəlmə əsasən oxumaq mənasına gəldiyinə görə Qur’anın ən doğru mənasının bu olduğunu söyləyə bilərik. İlk vəhyin “İkra (Oxu)” əmri ilə nazil olması da bu fikri təsdiq edir.

“Fu’lan” vəznindən olan Qur’an kəlməsi bu vəznin dərin mənalarını da özündə əks etdirib. Bu vəzndən olan kəlmələrin ən səciyyəvi xüsusiyyəti bütün müsbət mənaları ehtiva etmələrindən ibarətdir. Bu mənada “Qur’an” oxumanın bütün müsbət mənalarını ifadə edir. İlk başda onu ifadə etmək lazımdır ki, öyrənmək oxumaqla başlayır. Allah oxumaq üçün insana birdən çox qabiliyyət (mələkə) bəxş edib. Məsələn, gözlə həqiqəti görmək, həqiqəti görmək üçün baxmaq, həqiqətə çatmaq üçün göz gəzdirmək də bir oxumaq deməkdir. Dinləmək yolu ilə bir şeylər öyrənmək, söhbət etmək də oxumağın bir növüdür. Ona görə oxumaq üçün sadəcə beş duyğu orqanına möhtac deyilik. Bu duyqu orqanlarından başqa təfəkkür vasitəsi ilə oxumaq da mümkündür. Çünki görmə və eşitmə prosesi ilk öncə beyinə impulslar göndərir və daha sonra beyin bu oxuma əməliyyatını həyata keçirir. Ona görə insan bu qabiliyyətlərini itirsə də əqli qabiliyyəti normal işlədiyi müddət ərzində oxumağa, başqa bir ifadə ilə təfəkkür etməyə qadirdir. Demək ki, oxumaq sadəcə fiziki olaraq sadəcə gözlə gördüklərimizi oxumaqdan ibarət deyil, bir şey haqqında təfəkkür etmək də oxumaq üçün ən təsirli vasitə sayılır. Hz. Məhəmməd peyğəmbərin Hira mağarasında olduğu zamanlarda uzun uzadı təfəkkür etməsini buna ən bariz nümunə olaraq göstərə bilərik.

Bundan başqa öncəki nəsillərin təcrübəsindən istifadə etmək, hiss etdiyimiz şeylərdən nəticə çıxartmaq, varlıq üzərində düşünmək, əşyalar arasında bir irtibat qurmaq, bu irtibat üzərində analiz və sentezlər etmək, onlar arasında mövcud olan ortaq nöqtələri kəşf etmək, bənzər məsələlər arasında olan fərqlilikləri taparaq ortaya qoymaq da bir oxumaq sayıla bilər. Bir sözlə insanın həqiqəti oxuya bilməsi, qavraya bilməsi və heç bir bəhanə gətirməməsi üçün Allah insanda bir neçə qabiliyyət yaradıb. Bütün bunlar söyləməyə imkan verir ki, insan bu dünyaya oxumaq üçün gəlib. Oxumayan öyrənə bilməz. Allah Təala kainatı yaratdığı andan etibarən insan övladı Allahın ona verdiyi bu qabiliyyətlər sayəsində ətrafında cərəyan edən hadisələrdən nəticələr çıxarmağa, bir şeylər öyrənməyə başlamışdır.

Allah Təala, Adəm peyğəmbərin oğlu Qabilin timsalında bu mövzuya işarə edir. Belə ki, qardaşı Habili öldürən Qabil onun cəsədini özü ilə daşıyarkən bir qarğanın torpağı eşdiyinə şahid olur və beləcə Allah, göndərdiyi qarğa vasitəsi ilə Qabilə, öldürdüyü qardaşını toprağa basdırmaq lazım olduğunu öyrədir ▲QURAN'ın gücü▲ (Oxu!). Əslində buradan belə bir nəticə çıxır ki, əgər insan oğlunun öyrənməyə könlü, niyyəti varsa qarğadan belə öyrənəcəyi bir şey vardır. Yəni insan öyrənmək niyyəti ilə, bəsirət gözü ilə kainata, Allahın yaratdıqlarına baxsa hər şeyin bir kitab olduğunu dərk edəcəkdir. Bu mövzu ilə əlaqədar olaraq Allah Təala belə buyurur:

“Allahın mömünlər üçün yer üzündə və öz nəfislərinizdə (özünüzdə) yaratdığı ayətləri (dəlilləri) vardır. Hələ də bəsirətlə baxmayacaqsınız?” .

Gördüyümüz kimi Allah Təala bu ayədə bəşər övladından dənizlərə, çaylara, dağlara, meşələrə, çəmənlərə, bir sözlə yer üzündə varlığının dəlilləri olaraq xəlq etdiyi, canlı və cansız hər şeyə təfəkkür edərək, bəsirət gözü ilə baxmasını istəyir. Hətta varlığının ən böyük dəlili olan insanın bunun üçün dönüb bir də diqqətlə özünə baxmasını istəyir. Yəni bu mənada insan, Allahın dəlillərini özündə əks etdirən bir kitab kimidir.
Yuxarıda məlumat verdiyimiz ayələrdən belə nəticəyə gəlmək olar ki, bir şeyi öyrənmək üçün sadəcə oxumaq kifayət etmir. Gözümüzlə oxuduğumuz bir şeyi ağlımizla da idrak edib qavramırıqsa bu kamil bir oxumaq sayılmaz. Yəni Allah Quranı sadəcə üzündən oxumağımız üçün deyil, bu vəhyin ayələrini ağlımızın süzgəcindən keçirərək üzərində təfəkkür etməyimiz üçün endirib. Xorasanın ilk böyük sufi alimlərindən olub əxlaqı və təqvası ilə məşhur olan Fudayl b. İyazın (öl. 187/803) bu mövzuda söylədiyi sözlər çox əhəmiyyətlidir. O belə demişdir:
“Allah Qur’anı, vəhy etdikləri ilə əməl etməyimiz üçün endirdi, insanlar isə onun qiraəti ilə məşğul olmaqla kifayət etdilər”.

Əvvəllər Səraxs yaxınlığında quldurluqla məşğul olan və bir dəstəyə başçılıq edən Fudayl b. İyazın bir basqın vaxtı karvanda oxunan Hədid surəsinin “İman edənlərin Allahı xatırlama və Onun tərəfindən nazil olan həqiqət səbəbi ilə qəlblərinin sevgi və ehtiram ilə yumuşalmasının zamanı daha gəlib çatmadı?” məalındakı ayəsinin təsirində qalaraq quldurluqdan vaz keçdiyi və xalis möminlərin, müttəqilərin cərgəsinə qatıldığı rəvayət edilir. Fuday b. İyazla əlaqədar olan bu hekayəni, Qur`anı təfəkkür edərək oxumağın, eləcə də dinləməyin həyatda necə bir dönüm nöqtəsi yaratdığına gözəl bir nümunə göstərə bilərik. Deməli Qur’anın nazil olması bizim üçün kafi deyildir. Qur’anı haqqını verərək, ədalətli bir şəkildə oxuyub başa düşmürüksə və qavradıqlarımızı həyatımıza tətbiq etmiriksə bu bir əksiklikdir. Çünki Qur’anı sadəcə oxumaqla deyil, oxuduqlarımızı şəxsi həyatımızda yaşamaqla məsuliyyət daşıyırıq. Allah bəşər övladına əbədi səadətin yollarını göstərməklə yanaşı qulundan gətirdiyi bu ilahi dəyərləri öyrənmək, mənimsəmək üçün bütün varlığı ilə cəhd etməsini də istəyir. Ona görə Allah vəhy etdiyi ilahi gözəllikləri yalnız onu istəyən, öyrənməyə can atan mömin bəndələrinə təqdim edir. Bunu istəməyən və öyrənmək üçün heç bir cəhd etməyən, təşəbbüs göstərməyənlər isə bu ilahi nemətlərdən böyük ölçüdə məhrum qalırlar.

Allah Təala İsra surəsinin 82-ci ayəsində belə buyurur: “Biz Qur’anı başdan sona möminlərə şəfa və rəhmət olaraq endirdik. Ancaq endirdiyimiz bu Qur`an zalımların sadəcə zərər görmələrini artırır ” .
Allah öz mərhəmətini və şəfasını sadəcə Allaha inanaraq güvənənlərə vəd etmişdir. Belə ki, Allaha iman gətirən bir mömün güvənlə, ədalətli bir şəkildə, haqqını verərək və səmimiyyətlə Qur’anı oxuyarsa bütün dərdlərindən xilas olar və ruhu həm bu dünyada, həm də əbədi dünyada şəfa tapar. Həqiqətən də Allah dərmansız dərd yaratmayıb. Ancaq Allahı ədalətlə qiymətləndirməyən, onun vəd etdiklərinə inanmayan, əmrlərinə məhəl qoymayanlar isə zərərə məruz qalan zalımlardan olarlar. Bu kontekst içində dəyərləndirdiyimiz zaman bunu söyləyə bilərik ki, namazdan üz çevirmək, Allahın verdiyi nemətləri ehtiyac sahibləri ilə bölüşdürməmək kimi xüsusiyyətlər də Allaha güvənsizliyin bir təzahürüdür. Allaha güvənməyənlərin, inanmayanların get- gedə bir birilərinə qarşı hiss etdikləri güvən duyğusundan məhrum olmaları da labüddür.
▲QURAN'ın gücü▲ (Oxu!)




▲QURAN'ın gücü▲ (Oxu!)Redatə etdi-Syamka▲QURAN'ın gücü▲ (Oxu!)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.