Kaş ki

04 Nisan 2015
1 226
0
Kaş ki
Kaş ki

Kaşki hər şeydən əvvəl öz nəfsimi tərbiyə edəydim...Özümlə kifayətlənməyib səsimi eşitdirə biləcək kəslərin də tərbiyə və islahı istiqamətində fədakarlıq edəydim. Eşitdiklərimi , öyrəndiklərimi, yaşadığım gözəllikləri ətrafımdakılara anladıb təbliğ etsəydim.

Kaşki yalnız öz nöqsan və qüsurlarımı görəydim və onların təmizlənməsi üçün çalışsaydım. Nə olardı özümdən başqa heç kimin nöqsan və qüsurlarına baxmazdım, hətta görməzdim və düşünməzdim . Öz qüsurlarım yetərdi, artardı belə.

Kaşki kimsəyə qarşı içimdə sui-zənn etməsəydim, kimsəyə kin bəsləməsəydim və heç bir müsəlmanla münqişəyə girməsəydim.

Kaşki insanlar haqqında yalnız gözəl şeylər düşünsəydim.

Kaşki Allah rizası üçün sevib bağışlaya bilsəydim...

Kaşki özümü böyük görməsəydim və böyüklərə xas hallar yaşamasaydım. Bir məclisdə özümü yüksək tutmasaydım, hakim mən olmasaydım,adilərdən biri olsaydım. Ancaq söz verilincə danışsaydım. Başqa vaxt hər zaman sükut və səbr etsəydim.

Kaşki iman esaslarını ,Quran həqiqətlərini, Peyğəmbərimizin (sas) öyrətdiklərini həm dilimlə , həm də yaşayış tərzimlə, bir sözlə hər halımla insanlara çatdırmağı həyatımın qayəsi etsəydim və belə yaşasaydım.

Kaşki hər şeyimdə sadəcə Uca Rəbbimin razılığını düşünəydim və mükafat, əvəz olaraq bununla kifayətlənəydim.

Kaşki onu Rəhman və Rəhim olaraq, Ğaffar, Səttar və Vədud olaraq tanıyaydım...

Allahın sizi toplanış gününə cəm edəcəyi gün məhz o gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib yaxşı əməllər etsə, onun günahlarının üstünü örtər və onu altından çaylar axan Cənnətlərə daxil edər. Belələri orada əbədi qalacaqlar. Bu böyük Qurtuluşdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.