Allah-Təalanın istehzası

03 Eylül 2014
1 346
0
Allah-Təalanın istehzası
Allah-Təalanın istehzası
O, sonsuz mərhəmət sahibidir; adildir, inanmış bəndələrini sevər, düşməndən qoruyar. Bəzən də sevdiyi qullarını elə hikmət işlədərək qoruyar ki, heyrətdən quruyub qalarsan. Onun bir istehzası var, bir istehzası var ki, anlatmağa dil acizdir.

Həzrəti İbrahim büt dünyasına üsyan edib, insanları bir olan Allaha iman etməyə çağırırdı. Nəmrud da özünü Allah elan eləmişdi. Həzrəti İbrahimi oda atdıran Nəmrudu Allah-Təala bir topal ağcaqanadla məğlub etdi. Ağcaqanad onun burnundan girib, beyninə yetişdi və Nəmrud başını daşlara vura-vura gəbərib getdi. İstehzaya baxın: özünü Allah elan etmiş zavallı bir topal ağcaqanadla həlak oldu.

Həzrəti Musa yəhudiləri Qırmızı dənizdən keçirib, vəd olunmuş müqəddəs torpaqlara gətirirdi. Amma qısa bir müddətdə onlardan ayrılıb Allah-Təala ilə söhbətə gedən kimi yəhudilər bütün qızıl-gümüşlərini əridib bir buzov heykəli düzəltdilər və ona sitayiş eləməyə başladılar. Allah-Təala nə hikmət işlədi, heç düşünürsünüzmü? Bildirdi ki, yaşı qırxı keçmişlərin heç birisi o müqəddəs torpaqlara yetişə bilməyəcək. Həzrəti Musanın da yaşı qırxı keçmişdi. Allah-Təala vədində doğrudur. Amma elə bu vəd çərçivəsi içində Kəlimullah (Allah-Təala ilə danışmış) ünvanına layiq gördüyü Musaya bir lütf ərməğan etdi: Həzrəti Musanın dəfn olunduğu yerdən baxanda müqəddəs torpaqlar görünürdü. Rəsulullah (s.ə.s.) yaxın dostu Həzrəti Əbubəkrlə birlikdə Məkkədən çıxıb, Mədinəyə hicrət edəcəkdi, amma onu izləyən Məkkə müşriklərindən qurtarmaq üçün Mədinə səmtinə deyil, tamamilə əks istiqamətə yol aldılar.

Gəlib Sevr mağarasında daldalandılar. O dövrdə ərəblər arasında ən geniş yayılmış peşələrdən biri də ləpirçilik idi. Bu işin professionalları dəvənin qığını iyləyib onun cinsini, haradan gəlib haraya getdiyini, dişidirsə hamilə olub-olmadığını müəyyən edə bilirdilər. Bu məsələdə o qədər inkişaf etmişdilər ki, bir proqnozları belə yanılmırdı. Havanı iyləyə-iyləyə, izləri yoxlaya-yoxlaya gəlib Sevr mağarasının ağzına çatdılar. İzçi yanılmamışdı. Kafirlər ən qəddar düşmənlərini əliyalın halda sığındıqları mağaranın ağzında yaxalamışdılar. Mağaranın içindəkilərlə qapısı ağzına gələnlər arasına Allah-Təala keçilməz bir sədd çəkdi. Müşriklər baxdılar, mağaranın ağzındakı hörümçək torunu gördülər və dedilər ki, əgər Məhəmməd (s.ə.s.) bura girsəydi, bu tor dağılmış olmalı idi. Amma haradan ağıllarına gələydi ki, bu tor Allah-Təalanın əmri ilə bir az əvvəl hörümçək tərəfindən tamamlanıb. Kilometrlərlə yolu addım-addım gələn kafirləri Allah-Təala bir hörümçək toru ilə məğlub edib geri göndərdi. Bu istehzanı ancaq sonsuz İdrak Sahibi düşünə bilər.

Hər kəs üçün bu hadisələrdən çıxaracağı ibrətlər var: namaz qılmağı, Ona səcdə etməyi əmr edir, qılmayanı, səcdə etməyəni sürüm-sürüm süründürər; oruc tutmağı əmr edir, tutmayanı aclığa məhkum edər; zəkat verməyi əmr edir, verməyəni qapılarda dilənçi edər...

Hər yerdə bir ibrət tablosu, hər işdə bir hikmət var. Bizə düşən oxumaq və əməl etməkdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.