İslam dininin terror dini deyil, sülh dini olduğunu dünya ictimaiyyətinə çatdırmaq vacibdir - DQİDK sədri

21 Nisan 2015
1 214
0
İslam dininin terror dini deyil, sülh dini olduğunu dünya ictimaiyyətinə çatdırmaq vacibdir - DQİDK sədri
İslam dininin terror dini deyil, sülh dini olduğunu dünya ictimaiyyətinə çatdırmaq vacibdir - DQİDK sədri

Komitənin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Azərbaycandakı dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə edən T.Altıkulac ölkəmizin uğurlarına hər zaman sevindiyini bildirib.

Görüşdə M.Qurbanlı T.Altıkulacın Türkiyənin Diyanət İşləri başqanı olduğu vaxtdan Azərbaycanla din sahəsində münasibətlərin yüksək səviyyədə qurulduğunu və onun iki ölkə arasında din səhəsində əlaqələrin inkişaf etdirilməyində böyük xidmətlərinin olduğunu bildirib.

DQİDK sədri yaxın tarixdə Türkiyəyə etdiyi rəsmi səfərdən, orada keçirdiyi səmərəli görüşlərdən danışaraq bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.

Görüş zamanı islam dininin, müsəlman ölkələrinin indiki vəziyyəti, bütün dünyadakı islamofobiya prosesləri, islam pərdəsi altında radikal cərəyanların yayılması və islamı nüfuzdan salmaq cəhdləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, islam dininin əsl mahiyyətini, onun terror dini deyil, sülh dini olduğunu bütün dünya ictimaiyyətinə çatdırmaq vacibdir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.