"Məliki yəvmiddiin" doğru şəkildə necə yazılır və deyilir ?

18 Mayıs 2015
1 218
0
"Məliki yəvmiddiin" doğru şəkildə necə yazılır və deyilir ?
"Məliki yəvmiddiin" doğru şəkildə necə yazılır və deyilir ?

Deyəsən fatiha surəsindəki مَالِكِ يَوْمِ الدِّينِ ayəsinin tələffüz şəkilni soruşursunuz.
1) Fatiha surəsinin 4-cü ayəsi olan bu ayə bu şəkildə deyilir: Məliki yəvmiddiin
" مَالِكِ - Məliki "-ni deyərkən bütün hərfləri aydın ,açıq bir şəkildə deməlisiniz.Burda dodaq və dil aktiv şəkildə iştirak edir. "Məliki"-dəki "k" incə və aydın şəkildə deyilir.
2) "Yəvmiddin"-dəki "و-v" incə bir hərf olub ,dodaqlar bağlamadan büzülüb önə doğru uzadılması surətiylə deyilir. Bu zaman dodaqlar qönçə formasını alır. Bəzi qardaşlar bu formada "و-v" deyə bilməyib, bunu "yəuu" şəkilində deyirlər. Bu yalnış oxuma şəklidir. "و - V" hərfinin oxunuşu elədir ki, tələffüzdə asanlıqla "u" hərfinə çevrilə bilir. Ona görə də " يَوْمِ - yəvmi " deyərkən, tələffüzümüzdə olan hərflərdə "و - v " səsinin olmasına diqqət etməliyik.
3)" دِّينِ - diin " səsində " i " səsini iki "i" qədər uzatmaq lazımdır. Bu halda digər ayələrdə də uzatma iki hərəkə (hərflərin aşağı və yuxarısında olan düz xətlər hərəkə adlanır) qədər olmalıdır. Əgər "دِّينِ - diin" də "i"dörd "i" qədər uzadılarsa , onda digər ayələrdə olan uzatma hallarında da dörd hərəkə qədər uzadılmalıdır. İki hərəkə qədər uzatmaq caiz deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.