Niyə Quran dili ərəbcədir?(Cavab 4)

18 Mayıs 2015
1 324
0
Niyə Quran dili ərəbcədir?(Cavab 4)
Niyə Quran dili ərəbcədir?(Cavab 4)

Cavab 4:
Qur`an nə üçün əslindən oxunmalıdır?
Qur`ani Kərimdə altı yerdə "Qur`anən arabiyyən" ifadəsi keçər. Yəni cənabı haqq, Qur`ani Kərimi ərəbcə olaraq endirdiyini bildirər. İbrahim surəsinin 4-cü Ayəsinin tərcüməsi də belədir:
"Haqq dini onlara açıqlasın deyə, hər peyğəmbəri biz öz qövmünün diliylə göndərdik. Sonra Allah, dilədiyini pozğunluğunda buraxar, dilədiyini də doğru yola çatdırar. Onun qüvvəti hər şeyə qalibdir və o hər şeyi hikmətlə edər."
Bu vəziyyətdə Qur`anın mənası necə Allahdan gəlmişsə, ləfzi, ifadəsi və yazılışı baxımından da ilahidir. Qur`an deyildiyi zaman həm onun ərəbcə olaraq oxunan ləfzi və sözləri, həm də aydın olan mənası ağla gəlir və həqiqətdə də elədir. Bu iki xüsusiyyəti bir-birindən ayırmaq, fərqli mütaliə etmək mümkün deyil. Qur`an ancaq öz dili üzərinə oxuna biləcəyi üçün, yalnız o dilin öz hərfləriylə yazılar, o hərflərlə oxunar.
Ərəblərdən başqa farsca, hind tərəfindən, çincə, uzaq şərq dilləriylə danışan müsəlmanlar da, biz türklər də müsəlman olmağımızdan bu yana Qur`anı ərəbcə olaraq yazmış, o dillə oxumuşuq. İslam alimlərinin də ortaq fikiri, Qur`anın başqa dillə yazıla bilməyəcəyi yolundadır. Bunda ittifaq vardır.
Onsuz da Qur`anı başqa bir dillə yazmaq mümkün olmadığı kimi, başqa bir dillə doğru olaraq oxumaq da mümkün deyil. Çünki Qur`an hərflərinin özünə xas xüsusiyyətləri vardır. Bu hərflərin bəzilərinin qarşılığı və oxunuş şəkli başqa dilin əlifbalarında mövcud deyil. Söyləniş baxımından bir-birinə bənzər hərflər olsa da, ağızdan çıxış yerləri etibarilə də fərqlidir. Məsələn, ərəbcə üçün "lüğəti dad" deyilir; yəni fatihə surəsinin sonundakı "veleddallin" dəkı "dad" hərfi heç bir dildə yoxdur. Bu hərfin olduğu bir sözü başqa bir dilin ifadə etməsi mümkün deyil.
Yenə Qur`an hərflərinin içində üç ədəd "ze" vardır. Biri incə "ze", biri pəltək "zel", digəri də "zı" dır.
İndi Qur`an hərflərini bilməyən bir adam, yuxarıdakı hərflər türkcə ilə yazıldığı zaman necə oxuyacaq? Bu hərfləri ayırd edə bilmədiyi kimi, oxuduğu söz və ayələr də bir Qur`an sözü və ayəsi olmaqdan uzaq olmazmı?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.