Niyə Quran dili ərəbcədir?(Cavab 3)

18 Mayıs 2015
1 077
0
Niyə Quran dili ərəbcədir?(Cavab 3)
Niyə Quran dili ərəbcədir?(Cavab 3)

Cavab 3:
İlk nəzərdə möminin, Allahına anladığı bir dil ilə qulluq etməsi daha təbii görünür; bunun üçün də ən yaxşı vasitə ana dilidir. Lakin məsələ araşdırıldığında, fərqli ölçülərə çatmaqdadır: Hər şeydən əvvəl dua ilə namaz arasında açıq bir ayrım etmək lazım olar. Namaz xaricindəki duada möminin ehtiyaclarını və diləklərini Rəbbinə istədiyi dildə bildirməsi qadağan deyil. Bu şəxsi bir məsələdir və qulun, Xaliqi ilə olan vasitəsiz münasibətləri ilə əlaqədardır. Buna müqabil namaz, kollektif və ümumi bir ibadətdir və namazda iştirak edən digər möminlərin ehtiyacları da diqqətə alınmalıdır. Namaz, prinsip olaraq camaatla qılınar; tək başına (fərdi olaraq) qılınan namaza icazə vardır, lakin əsla seçilməz, seçim camaatla qılınan namazadır.
Əgər, İslam hər hansı bir bölgənin, irqin və ya millətin dini olsaydı, heç şübhəsiz yalnız bu bölgənin, bu irqin və ya bu millətin dili istifadə edilə bilərdi. Lakin, bütün irqlərdən və dünyanın bütün nöqtələrində oturan və hər biri digərləri tərəfindən aydın olmayan yüzlərlə dili danışan möminlərə sahib bir dinin zərurətləri başqa olacaq. Məsələn Çincə bilməyən bir Azəri Çinə getdiyində, küçələrdə bir sıra Çincə səslər eşidəcək və onlardan heç bir şey anlamayacaq. Əgər bu sözlər azanın və ya Allahu Əkbərin tərcüməsi isə, heç bir şeyin fərqinə çata bilməyəcək və məsələn Cümə namazını qaçıracaq. (Çindəki məscidlər, Azərbaycandakı minarələri ilə özünü müəyyən edən məscidlərə heç bənzəməz.) Eyni şəkildə Azərbaycandan keçən Çinli bir Müsəlmanın, (Türkiyədəki Müsəlmanlar öz dilləriylə ibadət etdikləri təqdirdə) dindaşlarıyla ortaq heç bir tərəfi olmayacaq. Bu halda bir dinin bəzi müştərək əsasları olmalıdır. Bu mövzuda azan və qiraət, şübhəsiz iki əsas ünsürü təşkil edər.
Məsələnin digər bir cəbhəsi daha vardır: Heç bir tərcümə, əsla orijinalının yerini tuta bilməz. Burada bu nöqtəni xüsusilə ifadə edək ki, İslamdan başqa heç bir din, peyğəmbərinə göndərilən vəhyin orijinalına sahib deyil. Bütün Xristianların, Yəhudilərin və Atəşpərəstlərin sahib olduğu dini kitablar, tərcümələr, toplamalar, vs. dir.
Bunu da unutmayaq ki, namazda istifadə ediləcək çox az söz vardır. Əvvəl azan və qamət, sonra Allahu Əkbər, Sübhane rabbiye'l-azim, Sübhane rabbiye'l-a'la kimi ifadələrin yanında Fatihə surəsi və iki qısa surə. Hamısı bir səhifəni aşmaz. Və bu sözlərin əksəriyyəti hər kəs tərəfindən bilinər, bütün Müsəlmanların dillərinə keçmişdir. O dərəcə ki, uşaq və ya namaza yeni başlayan biri, onları mənalarıyla birlikdə və özünü zəhmətsiz və böyük bir səy sərf etmədən öyrənər. Bu ifadələrin mənası bir dəfə öyrənilincə, artıq etiraza yer qalmaz.
Dünya işləri üçün lüğətlər dolusu xarici sözü əzbərləyənlər, əbədi səadətin resepti olan ibadətlərimiz üçün Allah kəlamından bir səhifəlik əzbəri çox görürlərsə, bu həqiqəti xatırlasınlar: Allahın, bizim ibadətlərimizə ehtiyacı yoxdur. Ona ehtiyac duyanlar yalnız bizlərik.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.