Niyə Quran dili ərəbcədir?(Cavab 1)

18 Mayıs 2015
1 187
0
Niyə Quran dili ərəbcədir?(Cavab 1)
Niyə Quran dili ərəbcədir?(Cavab 1)

Cavab 1:
Bu mövzuda ətraflı bir şeylər yazmaq "sual-cavab" stilimizi aşar, kitab yazmaq və ya uzunca bir məqalə yazmaq zərurət edər. Bu səbəblə, -bildiyimiz qədəriylə- bu mövzunun başa düşülməsinə bəzi nöqtələrə diqqət çəkməklə kifayətlənəcəyik.
a. Qur`anın özünə vəhy olaraq endiyi peyğəmbər (s.ə.s.)`ın dili Ərəbcə idi. Bir insan olaraq Hz. Muhəmməd (s.ə.s.)`a Qur`an başqa bir dildə ensəydi əlbəttə onu anlaya bilməyəcəkdi. Təbliğ və açıqlamaqla vəzifəli olan peyğəmbərin (s.ə.s.) anlamadığı bir kitabı başqasına təbliğ və şərhi mümkün ola bilər?
"Biz hər peyğəmbəri, öz millətinin dili ilə göndərdik, ta ki onlara həqiqətləri yaxşıca açıqlasın"(İbrahim, 4),
"Əgər biz Qur`anı xarici bir dillə göndərsəydik deyərdilər ki: "Niyə, onun ayələri açıqca bəyan edilmədi? Dil xarici, həmsöhbət Ərəb! Olarmı belə şey?" (Fussilət, 44) tərcüməsindəki ayələr bu həqiqətə diqqət çəkmişdir.
b. Qur`an, Allah`ın digər kitabları kimi əlbəttə müəyyən bir yerdə, bir mühitdə, bir ətrafda gəlmək məcburiyyətində idi. Yəni, bütün insanlara birdən xitab edəcək şəkildə, bütün dillərdə birdən göydən yağar kimi dünyaya enməsi sünnətullaha zidddir. Sözgəlişi İbranicə danışanlara Tövrat o dildə gəldiyi kimi, Qur`anın da ilk həmsöhbətləri olan Ərəblərə Ərəb diliylə gəlmək vəziyyətində idi.
c. Qur`an-ı Hakim, digər səmavi kitablardan fərqli olaraq ifadə tərziylə, ləfziylə də bir möcüzə olmasıdır. İlk həmsöhbətləri olan Ərəblər tərəfindən, Qur`anın bu möcüzə bəlağəti, bənzərsiz gözəl' sənətinin başa düşülməsi üçün, ilahi hikmət tarix içərisində Ərəbcəyə -digər dillərdən fərqli- bir xüsusiyyət, bir genişlik, qazandırmışdır. Bu məzmunda Ərəbləri də ümmi bir millət olaraq hazırlayıb, tarixi iftixar tablolarını yazıya tökə bilmədikləri üçün yaddaşlarına yazmaq məcburiyyətində buraxmışdır.
Bu sistem Ərəblərdə şeir və bəlağəti insanlıq ictimaiyyətində bənzərsiz bir zirvəyə daşımışdır. Bu xüsus, Ərəblərin Qur`anı bəşər üstü bir kəlam olduğunu anlamalarını təmin etmişdir. Bu səbəblədir ki, yüz minlərlə insan Qur`anın bəlağətinə səcdə etmək məcburiyyətində qalmışdır. Böyük əksəriyyəti Qur`anın bu bənzərsiz üslubu qarşısında çox dözə bilməyib İslam dininə girmişdir. Siyasi, ictimai, mədəni, iqtisadi kimi səbəblərdən ötəri, İslamın həqiqətlərinə qulağını bağlayanlar belə Qur`anın bu bənzərsiz ifadə tərzinin gözəlliyini etiraf etmək məcburiyyətində qalmışlar. Atalarının dinlərini tərk etməmə adına bu möcüzəyə "sehr" deməklə işin içindən sıyrılmağa çalışmışlar.
Bu şərhlərdən aydın olur ki, Qur`anın Ərəbcə olaraq enməsinin bir hikməti də -mənəvi və dili bir möcüzə olan Qur`anın möcüzəliyini əks etdirmə qabiliyyətində olan- Ərəbcə dilinin bu xüsusi mövqeyidir.
d. Hikmət baxımından əhəmiyyətli bir xüsus da bu ola bilər ki; universal bir vəhy olan, bütün insanlara xitab edən, qiyamətə qədər qüvvədə olmağa davam edən Qur`anın istifadə etdiyi dilin mövqeyi böyük əhəmiyyət ifadə edər. Sözlərinin dəyişik mənalara gələ biləcək şəkildə geniş əhatə, az sözlə çox mənaları ifadə edə biləcək şəkildə yığcam üsluba, məcaz və həqiqəti, məntiq və məfhumu, dəlalət və məzmunu, əks etdirə biləcək şəkildə incəlikləri saxlayan estetik sənətə sahib olmasıyla Ərəbcə -belə cihanşümul bir vəhy olan- Qur`anın dili olmağa haqq qazanmışdır.
e. Bunu da unutmamaq lazımdır ki, Qur`an hansı dildə gəlsəydi, eyni suallar onun üçün də etibarlı olacaqdı. Halbuki vəhy, mütləq insanların istifadə etdiyi dillərdən biriylə enmək vəziyyətindədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.