Həzrət İsanın öyüdləri

04 Temmuz 2015
1 242
0
Həzrət İsanın öyüdləri
Həzrət İsanın öyüdləri


Həzrət İsanın öyüdləri


Hər kim çaya düşsə, nə qədər çalışsa da, paltarları islanar. Eləcə də, hər kim dünyanı ləzzətlətindən ötrü sevsə, xətadan uzaq olmaz.

Həzrət İsanın öyüdləri

Dünya elə bir tarladır ki, insanlar orada şirinli-acılı, yaxşılı-pisli məhsul əkirlər...

Alim cahillə ölçülər (sınağa çəkilər), cahil isə öz nəfsi ilə. Ağzınıza sükut qıfılı vurun ki, oradan xoşagəlməz söz çıxmasın.

Çətinliklərə səbr etmədən arzularınıza çatmazsınız. Şəhvəti tərk etmədən istədiklərinizə yetməzsiniz.

Həzrət İsanın öyüdləri

Ağac yaxşı meyvə verməsə, kamil sayılmaz. Eləcə də, haramlardan uzaq durmadan dindarlıq kamil olmaz.

Buludsuz yağış yağmaz. Eləcə də, təqvalı qəlbə malik olmadan Allahın razı qaldığı əməli etmək olmaz.

Qılıncı sürtməklə pası təmizlənər. Eləcə də, hikmət qəlbi pak edər. Müdrik şəxsin qəlbindəki hikmət ölü torpağa səpilən su kimidir... Müdrik şəxsin qəlbindəki hikmət zülmətdə parlayan nur kimidir; camaat onun işığında yol gedər.

Sənin sözünü anlamayan birisinin danışdığını görməkdənsə, dağların başındakı qayanı çiyninə alıb gəzdirmək daha yaxşıdır. Bu, ona bənzəyər ki, daşı əriməkdən ötrü suyun içinə atasan və ya ölülərin yeməsi üçün xörək bişirəsən. (Yəni cahil adamın söz anlamasını gözləmək bu qədər mənasızdır).

Həzrət İsanın öyüdləri

İnsana axirət şərəfi bəxş etmək və dünya hadisələri qarşısında yardım etmək baxımından ardıcıl qılınan namazdan daha üstün vasitə yoxdur. Rəhman olan tanrıya bundan daha yaxın yol yoxdur...

Necə ki, xəstə adam dadlı xörəyi gördüyü halda, ondan ləzzət ala bilmir və ağrıdan ah-nalə edir, eləcə də, dünyaya aludə olan adam ibadətdən ləzzət ala bilməz və onun şirinliyini duymaz, çünki dünya malının sevgisindən həzz alar.

Deyirsiniz ki, axirət haqdır, amma dünyanı özünüz üçün hazırlayırsınız. Deyirsiniz ki, ölüm haqdır, amma ondan qaçmağa çalışırsınız. Deyirsiniz ki, Allah hər şeyi eşidir və görür, amma qorxmursunuz ki, O, sizin günahlarınızı da sayır.

Həzrət İsanın öyüdləri

Əgər atı minməsələr, ona təlim verməsələr, işlətməsələr, bədxasiyyət və qudurğan olar. Həmçinin, əgər ürəklər ölümü xatırlamaqla yumşalmasa, davamlı ibadətin əziyyətini duymasa, bərkiyər və daşlaşar. Qaranlıq evin damına çıraq qoysalar, içinə nə xeyri olar? Evin içi dəhşətli zülmət içində qalmaqda davam edər. Eləcə də, siz ağzınızda olan elm nurundan faydalana bilməzsiniz, çünki içiniz o nurdan xalidir. Elə isə, öz qaranlıq evlərinizi işıqlandırmağa tələsin! Günah pası qəlbinizi bürüməzdən və daşdan daha möhkəm etməzdən əvvəl onu hikmətlə yumşaltmağa tələsin!




Həzrət İsanın öyüdləri

(Kəlamlar "Tühəf əl-üqul" kitabındandır).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.