Əl-Fatihə surəsi
Əl-Fatihə (Kitabı açan) surəsi!
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
Mərhəmtli və rəhimli Allahın adı ilə!
Həmd(şükür və tərif) olsun Allaha (və ya:Həmd məxsusdur Allaha!)- aləmlərin Rəbbinə,
(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə möminlərə) rəhimli olana,
Haqq-hesab (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru(düz) yola yönəlt!Nemət verdiyin kəslərin yoluna!
Qəzəbə düçar olmuşların və (haqdan) azmışların yoluna yox!