“Hansı əməl daha fəzilətlidir?”

03 Eylül 2015
1 260
4
“Hansı əməl daha fəzilətlidir?”
“Hansı əməl daha fəzilətlidir?”


Əbu Umamə rəvayət edir ki, o, Allah Elçisindən: “Hansı əməl daha fəzilətlidir?” - deyə soruşduqda, o belə demişdir: “Oruc tut, çünki onun tayı-bərabəri yox­dur”. (ən-Nəsəi, 2222).

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Sizdən birinizin döyüş üçün qalxanı olduğu kimi, oruc da Cəhənnəm odundan qoruyan bir qalxandır”. (İbn Məcə, 1639).

Peyğəmbər demişdir: “Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cə­hənnəm odundan yetmiş illik (məsafəyədək) uzaq­laş­dırar”. (əl-Buxari, 2840).

Allah Elçisi demiş­dir: “Kimin son əməli orucla bitərsə, Cənnətə daxil olar”.

Peyğəmbər demişdir: “Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilmə­yəcək, o gün: “Oruc tutanlar haradadır?”– de­yi­­ləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapı­dan ke­çə bilməyəcək, onlar içəri daxil olduqdan sonra qapılar bağlanacaq və bun­dan sonra heç kəs o qapıdan Cənnətə daxil ola bilməyəcək”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Cox sagolun Allah razi olsun
  2. Lami95
    Cox sagolun Allah razi olsun
  3. allah bendesi
    cox sag olun ellerinize sagliq ALLAH razi olsun
  4. SEHRI
    • SEHRI
    • 3 Eylül 2015 11:39
    dəyərli xəbərdi.maraqla oxudum.Allah razı olsun.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.