Uşaq tərbiyəsində dini informasiyanın əhəmiyyəti

08 Eylül 2015
1 986
5
Uşaq tərbiyəsində dini informasiyanın əhəmiyyəti
Uşaq tərbiyəsində dini informasiyanın əhəmiyyəti

Övladlar həyatımızı zinətləndirən böyük əmanətlərdirlər. Biz, valideyn olaraq, onların sağlam böyümələrinə nə qədər məsuliyyət daşıyırıqsa, bir o qədər də ruhi təkamüllərinə cavabdehik. Uşaqlar ağ vərəqlər kimidirlər. Onların erkən yaşlardan İslam maarifiylə tanışlıqları olarsa, bu məlumat qəlblərinin dərinliklərinə həkk olar.
Müasir informasiya mənbələri kifayət qədər çoxdur. Siz övladınıza həzrət Peyğəmbərin (s) böyük missiyasını cəmi bir saat cizgi filmini seyr etməsiylə də öyrədə bilərsiniz. Uşaqlar belə filmləri nəinki sevə-sevə, dəfələrlə izləyir, hətta orada baş verən hadisələri öz məntiqləriylə izah etməyə də səy göstərirlər. Gecə yatmazdan öncə uşaqların yaddaş səhifəsi açıq olduğu üçün bu saatlardan Qurani-Kərimin kiçik surələrini əzbərlətmək üçün istifadə edə bilərsiz. Əgər uşağınız layla ilə yatmağı xoşlayırsa, onun məzmununu Peyğəmbər (s) və Əhli-Beytə (ə) məhəbbətlə doldurmaq olar. Bəzi analar laylanı "Ziyarəti Aşura”, "Təvəssül” və s. kimi duaları oxumaqla əvəz edir, körpəlikdən övladını ərəb dili və münacat ruhiyyəsilə tanış edirlər. On iki İmamı (ə), keçmiş Peyğəmbərləri (ə) tanımaq uşağın zehnində silinməz iz buraxır. Məktəbə qədərki dövrdə "Həmd”, "İxlas” surələrinin və kiçik zikrlərin əzbərlənməsi daha faydalıdır. Çünki bunlar namazı öyrənərkən ona yardımçı olacaqdır. 7 yaşlı uşaqların iki rəkətli namazı bilmələri və 4-5 saatlıq oruc məşqi etmələri çox faydalıdır. Kitab oxumağı bacaran uşaqları isə kiçik dini kitabları, şəkilli hədis kitablarını oxumağa alışdırmaq, gələcəkdə onun mütaliəni sevməsinə və biliklərə meylli olmasına zəminə yaradar. Nağıllar, şerlər, kiçik mahnılar uşağın zehnini məşq və inkişaf etdirir. Əgər evdə ana, bağçada isə müəllimə uşağın düşüncə tərzinə istiqamət verərsə, o, yaşıdlarından daha iti şəkildə düşünmək qabiliyyətinə sahib ola bilər.

Uşaqlar diqqət və sevgi istəyirlər. Siz nəvaziş, xoş söz və sevginizlə onu tərbiyələndirərək Allaha doğru istiqamətləndirib, saleh bir insan yetişdirə bilərsiniz. Bu yolda etdiyiniz hər iş gözəl şəkildə sizə dönəcək.

Uşaq tərbiyəsində dini informasiyanın əhəmiyyəti
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    ellerinize sagliq cox sag olun
  2. BaBY..
    - ` tewekkurler xeber ucun maraqlidi.
  3. Eylül
    Sitat: allah bendesi
    ellerinize sagliq cox sag olun

    Sitat: Lami95
    tewekkjurler xebere gore

    Təşəkkürlər
  4. Lami95
    tewekkjurler xebere gore
  5. allah bendesi
    ellerinize sagliq cox sag olun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.