Səbr

10 Eylül 2015
3 986
5
Səbr
Səbr

Fərasət sahiblerinin iştahlari səbrdir, onlar səbr etmək istəyərlər. Halva isə uşaqlarin istədiyi bir şeydir. Səbr edən göylərin üstünə yüksələr, halva yeyən isə geridə qalar. səbr dərmani gözlərin pərdəsini yandirar, sinə və qəlbləri də yarib-açar. Səbr iman səbəbi ilə baş taci olar. Buna görədir ki, səbri olmayanin imani da olmaz. Səbr Sirat körpüsünə bənzəyər, Cənnət isə digər tərəfdədir. Allah yüz minlərlə kimya yaratdi, lakin insan səbr kimi bir kimya görmədi. Axtaran nəhayət ki, tapar. quurtuluş səbrdən doğar. Ayin gecə səbr etməsi onu açiq-aydin bir hala gətirər. Gülün tikana səbr etməsi onun gözəl ətirli olmasina səbəb olar. Kimdə yaxşi bir libas görsən, bil ki, onu səbr etmək və çalişib qazanmaqla əldə etmişdir. Kimini də ac, cilpaq görsən, bu hal onun səbrsizliyinə işarədir. Səbr sənə qanad olarsa, canin ərş və kürsünün ta ucaliqlarina qədər gedib-çixar.
Həzrəti Mustafaya ( səlləllahu əleyhi və alihi vəsəlləm ) bax, səbri buraq etdi, bu buraq da onu göylərə qaldirdi. Hər kimin təbiətində səbr yoxdursa, Allah ona kamil iman verməmişdir. Səbr imanin baş taci olar. Səbri olmayanin tam imani da olmaz. Ey insanUca Allah səbri Haqqa yaxin olaraq zikr etdi.


Səbr
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    sebrli deyilem teessuf
  2. sevgi^_^
    Melumata gore tewekkurler
  3. Lami95
    tewekkurler xebere gore Allah razi olsun
  4. Eylül
    Ellerinizə sağlıq bəyəndim təşəkkürlər
  5. allah bendesi
    ellerinize sagliq baci
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.