Məsumlardan hədislər 131-160
Hədis 131: Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: "Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lə`nət etsin.”
* * *
Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: "Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.”
* * *
Hədis 133: Həzrət Əli (ə) buyurur: "Heç bir kəs əqlinin bir hissəsini vermədən zarafat etmədi.”
* * *
Hədis 134: Həzrət Əli (ə) buyurur: "Dini hökmləri bilmədən ticarətlə məşğul olan şəxs sələmə düçar olar.”
* * *
Hədis 135: Həzrət Əli (ə) buyurur: "Hər bir insanın rə`yinin dəyəri onun təcrübəsi qədərincədir.”
* * *
Hədis 136: Həzrət Əli (ə) buyurur: "Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.”
* * *
Hədis 137: Həzrət Məhəmməd (s) buyurur: "Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.”
* * *
Hədis 138: Həzrət Əli (ə) buyurur: "Günah etməmək tövbə etməkdən daha asandır.”
* * *
Hədis 139: Həzrət Əli (ə) buyurur: "Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.”
* * *
Hədis 140: Həzrət Əli (ə) buyurur: "Yoxsulluq çox böyük ölümdür.”
Hədis 141: Həzrət Məhəmməd (s) buyurur: "Peyğəmbərlik məqamına daha yaxın olanlar alimlər və (haqq yolda) cihad edənlərdir.”
* * *
Hədis 142: Həzrət Əli (ə) buyurur: "Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”
* * *
Hədis 143: Həzrət Məhəmməd (s) buyurur: "Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”
* * *
Hədis 144: Həzrət Məhəmməd (s) buyurur: "Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.”
* * *
Hədis 145: İmam Riza (ə) buyurur: "İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
* * *
Hədis 146: İmam Riza (ə) buyurur: "Sükut hikmət qapılarından olan bir qapıdır.”
* * *
Hədis 147: İmam Riza (ə) buyurur: "Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.
* * *
Hədis 148: İmam Riza (ə) buyurur: "Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”
* * *
Hədis 149: İmam Riza (ə) buyurur: "Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə sə`y göstərmənizi tərk etməyin.”
* * *
Hədis 150: İmam Riza (ə) buyurur: "Günahları və mö`minə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”
Hədis 151: İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.”
* * *
Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: "Şükrü yerinə yetirilməyən bir ne`mət bağışlanmayan günah kimidir.”
* * *
Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahın tə`qib etdiyi bir kəs necə qaça bilər?!”
* * *
Hədis 154: İmam Məhəmməd Təqi (ə) buyurur: "Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”
* * *
Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”
* * *
Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: "Öz dəyərini anlamayan adamın şərindən qorun.”
* * *
Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: "Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”
* * *
Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: "Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”
* * *
Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: "Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”
* * *
Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”