Cəhənnəmdən xilas olmaq

24 Ekim 2015
1 379
3
Cəhənnəmdən xilas olmaq
Cəhənnəmdən xilas olmaq


Cəhənnəmdən xilas olmaq

Abdulla ibn Amr (r) Rəsulullahın (s) belə buyurduğunu demişdir: “Kim Cəhənnəmdən qurtulmasını və Cənnətə daxil edilməsini istəyirsə, ölüm onu haqlayarkən Allaha və axirət gününə iman gətirmiş olsun. Özü ilə necə rəftar edilməsini istəyirsə, insanlarla elə rəftar etsin.” Müslim rəvayət etmişdir. 1

«Hədisin şərhi»

Şübhə yoxdur ki, Cəhənnəmdən qurtularaq Cənnətə daxil edilən şəxs, artıq uğur qazanmışdır. Bu bütün möminlərin can atdıqları məqsəddir. Rəsulullah (s) buna nail olmaq üçün hədisdə iki səbəbi qeyd etmişdir ki, onlarla həmin məqsədə nail olunur. Səbəblərdən biri, əsas və köməkçi işlərin mənbəyi olan Allaha və Axirət gününə imandır. Uca Allah bunu xatırladaraq buyurur: “Belə deyin: “Biz Allaha... inanmışıq...” ("Bəqərə" surəsi, 136). Bu, axirət əməlini və ona hazırlığı şamil edir. Çünki düzgün iman bunu tələb edir. O, insanlarla özünə rəva bildiyi söz, əməl, maddi və fiziki davranışlarla davranmalıdır.

Bu, yaxşılığın və başqalarına veriləcək nəsihətin ədalətli meyarıdır. İnsanlarla ünsiyyətdə olduğun zaman sənə çətin gələn hər bir məsələni, “mənimlə belə rəftar etsələr xoşuma gələrdimi?” – meyarı ilə ölç. Əgər o davranış xoşuna gələrdisə, özünə istədiyini onlara istəmiş olarsan. Yox əgər səninlə belə rəftar edilməsini xoşlamasan, deməli, bu əzəmətli vacib qaydaya riayət etmirsən.


Cəhənnəmdən xilas olmaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    ___--....Buyurun....----___
  2. AleDa
    • AleDa
    • 24 Ekim 2015 18:50
    “mənimlə belə rəftar etsələr xoşuma gələrdimi?”

    Nece gozel sozdu. Insan gerek bır soz dememısden qabaq bunu dusune.
  3. SindireLLa
    Mətnin orta hissəsin oxuya BiLmədim. Mavi rəng adamin gözün Çox yorur. Tünd yerLəri oxuya biLdim. Onsuz Yaxşı İnsanLari . Savab İş Görənləri Allaha İbadət edənLəri Cənnət`ə GedəcəkLər. KafirLər Cəhənnəm odunda yanacaqLar. Allah uzun ömür versin Yaşayib Savab iş Görək. Allah razi oLsun. DəyərLi Xəbərə görə.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.