Ey müsəlmanlar!

27 Ekim 2015
1 616
3
Ey müsəlmanlar!
Ey müsəlmanlar!


“Ey iman gətirənlər! ALLAH`dan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. ALLAH`dan qorxun! Həqiqətən, ALLAH etdikləriniz-dən xəbərdardır!” (əl-Həşr surəsi, 59/18)
Ey müsəlmanlar! Şübhəsiz aylar və illər, günlər və gecələr əməllər üçün bir vaxtdır və əcəllər üçün təyin edilmiş müddətdir. Hamısı bitər və tezliklə keçib-gedər. Gecə və gündüz bir-birini təqib edər və ayrılmazlar. Onlar hər uzağı yaxınlaşdıran, hər yenini köhnəldən və Qiyamətə qədər hər vəd ediləni gətirən iki vasitədir. Xoşbəxt şəxs tələlərə düşməz və şəhvətlərə aldanmaz. Bir günü qarşılayan nə qədər insan onu tamamlaya bilmədi. Sabahı gözləyən nə qədər insan ona çata bilmədi. ALLAH (Subhanahu və Təalə) belə buyurur:
“Və (bilin ki) ALLAH əcəli çatan heç kəsə möhlət verməz. ALLAH sizin nə etdiklərinizdən xəbərdardır!” (əl-Munafiqun surəsi, 63/11)
Ey müsəlmanlar! Ömrünüzdən bir ilin günləri yenə bitdi, günəşi batdı və hilalı yox olub getdi. Bu dünyanın əbədi bir yurd olmadığını və bu dünyadan sonra cənnət və ya cəhənnəm olacağını elan edərək. Dünyadan və hiylələrindən çəkinin! Çünki o, nə qədər ona meyl edən insanı aldatmış və bir çox insanı məhv etmişdi. Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Rəsulullah (sallAllahu əleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:
“Dünyada sanki bir əcnəbi və ya səfərdə olan kimi ol!” İbn Ömər (Allah ondan razı olsun) belə deyirdi: “Axşama çıxdıqda səhəri gözləmə! Səhərə çıxdıqda axşamı gözləmə! Sağlığında xəstəliyin, həyatında ölümün üçün hazırlan!” (əl-Buxari)
ALLAH`ın qulları! Bu iliniz lehinizdə və ya əleyhinizdə bir şahid olaraq keçdi. Özünüz üçün yetərli azuqə toplayın və yetərli bir cavab hazırlayın! Həyatınızda çoxlu yaxşılıq edin və keçmiş xətalarınızı düzəldin! İnsanları ayıran xəbərçi sizi çağırmadan və ləzzətləri yıxan ölüm anidən qarşınıza çıxmadan öncə zamanın fürsətini dəyərləndirməyə tələsin.
Cabir ibn Abdillahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Rəsulullahın (sallAllahu əleyhi və səlləm) bir adama nəsihət edərək belə buyurduğunu eşitdim:
“Beş şeydən əvvəl beş şeyin qiymətini bil: Qocalıqdan əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, kasıblığından əvvəl zənginliyinin, məşğuliyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl həyatının. Dünyadan sonra (ALLAH`ın) xoşuna gələn əməllər edəcək heç bir yer yoxdur. Dünyadan sonra ancaq cənnət və ya cəhənnəm olan bir yurd vardır.” (əl-Hakim)
Ey ömrünün sonuna yaxınlaşan və əbədi səfərə nə zaman çıxacağını bilməyən insan! Ey nəfəsləri əleyhinə sayılan insan, onları yaxşı dəyərləndir! Ey günləri gəlib keçəcək insan, onları qaçırma! Nəfsiniz sizin ən dəyərli varlığınızdır, onu həlak etməyin! Əbu Malik əl-Əşari (Allah ondan razı olsun), Rəsulullahın (sallAllahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“İnsanların hamısı çalışır, nəfsini satan ya (ALLAH`a sataraq) onu azad edir və ya (şeytana sataraq) onu həlak edir.” (Muslim)
Ey günahları özünə mane olan və asiliyi özünü düz yoldan çıxaran insan! Nə qədər ili puç etdin, oyun və əyləncə ilə keçirdin! Nə qədər çirkin əməl etdin və nə qədər öyüd verən sözdən üz çevirdin. Nə qədər namaz tərk etdin və haqqı pozdun, nə qədər günah işlədin və pisliyi yaydın. Ölüm anını unutdun!? Dilin ağırlaşacağı və əllərin zəifləyəcəyi, gözlərin tavana baxacağı, qonşularının və ailənin sənin üçün ağlayacağı zamanı. Unutdun ölüm anındakı şəxsin ruhu çıxarkən olan halını? Çətinliyinin artdığı və iniltisinin duyulduğu, rənginin dəyişdiyi, yanaqlarının tərlədiyi və hər tərəfinin şiddətlə ağrı hiss etdiyi zamanı... Rəsulullaha (sallAllahu əleyhi və səlləm) diqqət edin!.. ALLAH (Subhanahu və Təalə) qatında Ondan (sallAllahu əleyhi və səlləm) daha dəyərli bir insan yoxdur. Çünki O (sallAllahu əleyhi və səlləm), ALLAH`ın (Subhanahu və Təalə) seçdiyi dostudur. Ölüm Ona (sallAllahu əleyhi və səlləm) gəldiyi zaman önündə, içində su olan bir qab vardı. Əlini suya salıb onunla üzünü silir və belə buyururdu:
“Lə iləhə illə`llah! Şübhəsiz
ölümün bir əziyyəti vardır.” (əl-Buxari)
ALLAH`ın qulları! Çox vaxt bir yerdə olduğumuz və dostluq etdiyimiz insanlar haradadır? Könlümüzün meyl etdiyi və sevdiyimiz insanlar haradadır? Nə qədər sevdiyimizə gözümüzü bağladıq! Nə qədər dəyərli insanı dəfn edib ayrıldıq! Nə qədər yaxınımızı qəbrə qoyduq! Ölüm bizdən bir xəstəyə gücsüzlüyü səbəbilə yazığı gəldimi? Heç bir nəfəri uşaqları üçün tərk etdimi? Uşaq sahibi bir insana ailəsi üçün möhlət verdimi?! Keçən illərdə bizimlə birlikdə olanlar indi haradadır?! Ləzzətlərə son verən, şəhvətləri bitirən və insanları ayıran ölüm onlara gəldi. Məscidlər və cəmiyyətlər onlarsız qaldı. Onları qəbirlərdə yatdıqlarını görərsən. Olduqları vəziyyətdən xilas ola bilməzlər. Nəfslərinə fayda və ya zərər verməyə gücləri çatmaz. Ümmətlərin, RƏBB`lərinin hüzuruna çağırılacağı, insanların toplanmaq üçün yenidən dirildiləcəyi günü gözləyirlər. Sinələr o günün qorxusundan titrəyər, gözlər yaşla dolar və qəlblər hesabın qorxusundan parçalanar.
Ey qəflət yuxusunda bir-birinin ardından illərini keçirən insan! Ey xəta dənizində illərini xərcləyən! ALLAH üçün söylə, hansı günə tövbəni ertələdin?! Hansı ilə təyin etdin dönüşünü?! Gələcək ilə?! Bir başqa mövsümə?! Nə ömrün müddətini nə də qədərini bilməzsən. Tövbə etməkdə tələs və sonraya saxlamaqdan çəkin! Qəlbində pozulanı islah et! Əcəlini gözlə və ömrünü daha çox fayda əldə etmək üçün dəyərləndir. Səfər etmək zamanı yaxınlaşmışdır. Ömür bir əmanətdir. İnsan, Qiyamət günü ondan hesaba çəkiləcək. Abdullah ibn Məsud (Allah ondan razı olsun), Rəsulullahın (sallAllahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“Qiyamət günü beş şey haqda soruşulmadan qulun ayaqları RƏBB`inin hüzurundan ayrılmaz: Ömrünü nəyə sərf etdiyindən, gəncliyini necə keçirdiyindən, malını haradan qazandığından və harada xərclədiyindən, bildiyi ilə necə əməl etdiyindən.” (ət-Tirmizi)
Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə deyir: “Günəşi batan, ömrümü azaldan və əməlimi artırmayan bir günə peşman olduğum qədər heç bir şeyə peşman olmadım.”



Ey müsəlmanlar!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Sitat: -Aydan-
    SaFFron
    Hər kəsin öz fikrini bildirməsi lazımdı.. Ancaq sizin rəyinizdə bir şey düzgün deyil, Məqaləni sona qədər oxusa bilərsiz ki şiə sunni söhbəti deyil Müsəlmanlara xitab edilib cümlələr..
    -Yenə də Allah razı olsun...

    Meqaleni sonacan oxumasam şerh yazmaram heç ) Yazıda sünni Şie söhbetinin olmadığını oxuyanda bilinir yeqin mende meqalede ele bir söhbetin olduğunu da yazmamışam.Diger şerhimde Biharul -Envardan ve.s meqaleler paylaşsaz gözəl olar qeyd etmişdim, meslehet idi yeni =) Cümlemizden.
  2. -Aydan-
    SaFFron
    Hər kəsin öz fikrini bildirməsi lazımdı.. Ancaq sizin rəyinizdə bir şey düzgün deyil, Məqaləni sona qədər oxusa bilərsiz ki şiə sunni söhbəti deyil Müsəlmanlara xitab edilib cümlələr..
    -Yenə də Allah razı olsun...
  3. SaFFron
    Abdullah ibn Məsud (Allah ondan razı olsun) Ömərə,Osmana beyyət edən insandan inanmıram Allah razı olsun..Nəysə..Yazı göz yorucudu,xəbərləri,xüsusilə dini xəbərləri elə redaktə etmək lazımdı ki,xəbərə daxil olan rahatlıqla xəbəri oxuya bilsin.Fikrimcə siz Şiəsiz,məqalədə isə Tirmizi,Buxari falan var,paylaşmağınızı düzgün bilmədim düzü.Təriqətlərə ayırmağı sevmirəm düzü,ama ayıranlar ayırıb artıq.Məqalədə surələrdən ayələr var,ama izahı,yəni təfsirində fərqlilik olur deyə,Biharul Ənvar və.s-dən olan məqalələr paylaşsaz doğru olar.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.