Bəlanın Aşiqi

27 Kasım 2015
1 407
1
Bəlanın Aşiqi
Bəlanın Aşiqi


Bəlanın Aşiqi

BƏLANIN AŞİQİ (Şeir)

Ya Huseyn! Sənsən bəlanın aşiqi,
Həm cüdanın, həm cəfanın aşiqi,

Kərbəlanın mülkünə sultan ağam,
Həm həyanın, həm vəfanın aşiqi.


Sən himayət, həm hidayət eyləyən,
Hər fəqiqin, binəvanın aşiqi.

Qulların Allah edib çox imtahan,
Sən kimi yox imtahanın aşiqi.


Mən sənin uğrunda mülkündən keçən,
Hər ağanın, canfədanın aşiqi.

Yas tutur həl il sənə, uşşaqinə,
Tasuanın, Aşuranın aşiqi.


Mən bu dünyadə fəqət sən eyləyən,
Hər duanın, hər nidanın aşiqi.

Qasimi bir zəvvarın say, çünki, o,
Hər an olmuş Kərbəlanın aşiqi.


Mustafanın, Murtəzanın aşiqi,
Ol İmam əl-Muctəbanın aşiqi,
Aşiqəm, Əhli-əbanın aşiqi.


Bəlanın Aşiqi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    .......-Buyurun-.....
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.