"Ərbəin" ( İmamın qırxı) ziyarətnaməsi
السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ
Əssəlamu əla vəliyyillahi və həbibih, əssəlamu əla xəlilillahi və nəcibih, əssəlamu əla səfiy-yillahi vəbni səfiyyih, əssəlamu ələl Husəynil məzlumiş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəramətik, əkrəmtəhu biş şəhadəti və həbəvtəhu bis səadəh, vəctə-bəytəhu bitiybil viladəh, və cəəltəhu səyyidən minəs sadəti və qaidən minəl qadəti və zai-dən minəz zadəh, və ə`təytəhu məvarisəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə ə`zərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəstənqizə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrəthud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axirətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxə-təkə və əsxətə nəbiyyək, və ətaə min ibadikə əhləş şiqaqi vən nifaq, və həmələtəl əvzaril mustəvcibinən nar (lin nar), fəcahədəhum fikə sabirən muh-təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əllahummə fəl`ənhum lə`nən vəbila, və əzzibhum əzaən əlima, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminullahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə muncizun ma vəədəkə və muhlikun mən xə-zələkə və muəzzibun mən qətə-lək, və əşhədu ənnəkə vəfəytə bi əhdillahi və cahədtə fi səbi-lihi hətta ətakəl yəqin, fə ləə-nəllahu mən qətələk, və ləənəl-lahu mən zələməkə və ləənəl-lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu-lillah, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəti vəl ərhamil mutəhhərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliyyətu bi əncasiha, və ləm tulbiskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziy-yuz zəkiyyul hadil məhdiyy, və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu`minun və bi iyabikum muqinun bi şərayii dini və xəvatimi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi`, və nusrəti ləkum muəddətun hətta yə`zənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum (və əcsamikum) və şahidikum və ğaibikum, və zahirikum və batinikum aminə rəbbəl aləmin.
Ərbəin ziyarətnaməsi Səfər ayının iyirmisində oxunur. Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında nəql edir ki, həzrət imam Həsən Əskəri (ə) buyurdu: “Mömin şəxsin beş əlaməti vardır; hər gün əlli bir rükət namaz, yəni, on yeddi rükət vacib və otuz dörd rükət nafilə namazlarını qılar, “Ərbəin” ziyarətnaməsini oxuyar, sağ əlinə üzük taxar, səcdədə alnını torpaq üzərinə qoyar və “Bismilahir rəhmanir rəhim”i ucadan deyər.” İmam Hüseynin (ə) Ərbəin günündəki ziyarətnaməsini iki qaydada oxumaq olar; onlardan birincisini şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “Mövlam həzrət Sadiq (ə) Ərbəin ziyarətnaməsi barəsində mənə buyurdu ki, bu ziyarətnaməni, Günəş üfüqdən bir qədər qalxandan sonra bu qaydada oxu:
Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq onu xüsusu səadətə qovuşdurdun və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öncüllərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et!
Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən.
İkincisini isə Cabir nəql etmişdir və Əta, bu ziyarətnaməni belə şərh verir: “Səfər ayının iyirminci günü Cabir ibni Abdullah Ənsari ilə birlikdə idim. Qaziriyyəyə yetişdikdə o, Fərat çayında qüsül verib, özü ilə gətirdiyi təmiz paltarını geyindi və məndən soruşdu: “Ey Əta, səndə ətir var?” Mən: “Məndə bir qədər “süd”(bitki növüdür) var”- deyə, cavab verdim. O, saçlarına və bədəninə ətir səpdikdən sonra, ayaqyalın imam Hüseynin (ə) ziyarətgahına tərəf yola düşdü. İmam Hüseynin (ə) mübarək qəbrinə yetişdikdə, qəbrin baş tərəfində dayanıb, üç dəfə “Allahu əkbər” deyib, bihuş olaraq yerə yıxıldı. O, huşa gəldikdə, “Əssəlamu ələykum ya Aləllah....” ziyarətnaməsini axıradək oxudu. Bu ziyarətnamə, eynilə, əvvəldə qeyd etdiyimiz Rəcəb ayının on beşində oxunan ziyarətnamədir və o ziyarətnamə ilə, demək olar ki, heç bir fərqi yoxdur və mövcud olan cüzi fərqlər də mərhum şeyx Tusinin güman etdiyi kimi, müxtəlif əlyazmalar arasında olan fərqlərdir. Xülasə, bu ziyarətnaməni də oxumaq istəyən şəxs, imam Hüseynin (ə) Rəcəb ayının ortasında oxunan ziyarətnaməsinə müraciət etsin.
Müəlif deyir: “Yuxarıda sadaladığımız mübarək və əziz gecə və gündüzlərdən əlavə başqa əziz vaxtlarda da imam Hüseyni (ə) ziyarət etməyin böyük savabı vardır. Xüsusilə, o həzrətlə münasibəti olan, o cümlədən, “Mübahilə günü”, “Həl əta” surəsinin nazil olduğu gün, o həzrətin təvəllüdü günü və cümə gecələri kimi başqa mübarək vaxtlarda o həzrəti ziyarət etmək tövsiyə olunur. Hədislərin birində nəql olunur ki, Haqq-taala hər cümə gecəsi o həzrətə xüsusi bir nəzər salaraq, bütün peyğəmbərləri və onların vəsilərini o həzrətin ziyarətinə göndərər. İbni Quləvəyh həzrət Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurubdur: “Hər cümə günü imam Hüseyni (ə) ziyarət edən şəxs, şübhəsiz bağışlanar. O, dünyadan həsrət çəkdiyi halda getməz və cənnətdə imam Hüseynlə (ə) bir yerdə olar.” Başqa məşhur bir rəvayətdə nəql olunur ki, İbni Quləvəyhin qonşusu ona deyir: “Yuxuda gördüm ki, göydən, cümə gecəsində imam Hüseyni (ə) ziyarət edən şəxslər üçün amannamə yazılmış kağız parçaları tökülür.” Bir qədər sonra biz, “Kaziməyn əməlləri” bölümündə Hacı Əli Bağdadinin əhvalatında bu hekayəti sizin üçün nəql edəcəyik. Başqa bir hədisdə də nəql olunur ki, həzrət Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün elə bir xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki, onu ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər. Hər kəs o həzrəti az ziyarət etsə, az da xeyir əldə edər. O həzrəti mübarək vaxtlarda ziyarət etməyə çalışın, çünki belə vaxtlarda saleh əməllərin savabı artırılar və mələklər, o həzrəti ziyarət etmək üçün asimandan yerə enərlər və s.
Yuxarıda sadaladığımız bəzi mübarək günlər üçün hədislərimizdə xüsusi ziyarətnamələr nəql olunmayıbdır. Əlbəttə, Şəban ayının üçü, imam Hüseynin (ə) təvəllüdü günündə oxunan duanı biz, Şəban ayının əməlləri fəslində zikir etmişik. Bilin ki, Kərbaladan başqa, uzaq şəhərlərdən də o həzrəti ziyarət etməyin böyük savabı vardır. Bu barədə “Üsuli-kafi”, “Təhzib” və “Fəqih” kitablarında nəql olunan iki rəvayəti sizin nəzərinizə çatdırmaqla kifayətlənirik.
Birinci rəvayət:
İbni Əbi Üməyr, Hişamdan nəql edir ki, həzrət Sadiq (ə) buyurdu: “Evləri ilə bizim dəfn edildiyimiz məkan arasında uzaq məsafəsi olan, yəni, uzaqda yaşayan şəxslər, evlərinin damına çıxıb, iki rükət namaz qılsınlar. Sonra bizim qəbirlərimizə tərəf işarə edərək salam göndərsinlər. Şübhəsiz, bu salam bizə yetişər.”
İkinci rəvayət:
Hənnan ibni Südəyr atasından nəql edir ki, həzrət Sadiq (ə) ondan soruşub: “Ey Südəyr, imam Hüseynin (ə) qəbrini hər gün ziyarət edirsənmi?” O, “Canım sizə fəda olsun, xeyir” -deyə cavab verdi. O həzrət buyurub: “Siz, (o həzrətə qarşı) cəfa edirsiniz. Heç olmasa hər cümə günü onu ziyarət edirsinizmi? “O, yenə də: “Xeyir” -deyə cavab verir. O həzrət yenə də soruşur: “Hər ay necə, o həzrəti ziyarət edirsinizmi?” Dedi: -”Xeyir”. Yenə soruşdu: -”Hər il necə, onu ziyarət edirsiniz?” Dedim: -”Bəli, bəzi illərdə o həzrəti ziyarət etmişik”. İmam yenə buyurdu: -”Ey Südəyr, siz, imam Hüseynə (ə) qarşı çox böyük cəfa edirsiniz. Heç bilirsiniz ki, Allah taalanın iki min-min (yəni iki milyon) mələyi, saçları pərişan və palçığa bulanmış halda o həzrət üçün göz yaşı tökür və onu ziyarət edirlər, belə ki, bu işdən əsla yorulmurlar. Ey Südəyr, nə olardı ki, cümə günləri beş dəfə və başqa günlərdə bir dəfə o həzrətin qəbrini ziyarət edərdiniz? “Dedim: -”Canım sizə fəda olsun, bizimlə o həzrətin qəbri arasında fərsəxlərcə məsafə vardır”. Həzrət buyurdu: -”Evinin damına çıx, sağ-soluna nəzər sal. Bu vaxt başını göyə qaldır, sonra üzünü o həzrətin qəbrinə tərəf tutaraq de: - “Əssəlamu ələykə ya Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh.” Sənə həcc və ümrə ziyarətlərinin savabı yazılar.
Südəyr deyir ki, mən, hər ay ərzində bu ziyarətnaməni təqribən iyirmi dəfə oxuyurdum. Bu ziyarətnamə, “İmam Hüseynin (ə) ümumi vaxtlarda oxunan ziyarətnamələri” başlığı altında qeyd olunan birinci ziyarətnamənin ilk cümlələridir.
Mənbə: "Məfatihul cinan" kitabı