Namazda Fikrin Yayınmaması Üçün 3 Addım

17 Ocak 2017
1 736
0
Namazda Fikrin Yayınmaması Üçün 3 Addım
Müqəddəs Qurani – Kərimdə əsl müsəlmanın etməli olduğu 5 vacib əməllər siyahısında namaz qılmaq da xüsusi yer tutur.İndi paylaşacağımız məlumat da namazda fikrin yayınmaması üçün etməli olduğumuz 3 əsas addım haqqında danışacağıq.

Beləliklə, 3 əsas adımı sizinlə də bölüşürük :

1. BİRİNCİ ADDIM

"Allahu Əkbər” deməzdən qabaq Allahın əzəməti barədə düşünmək lazımdır.Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır.İnsan bəzən namaz zamanı "həmddən” "surəyə” necə keçdiyini hiss etmir.Hətta belə də olur ki, insan yalnız namazın son cümləsini deyərkən namaz qıldığını xatırlayır.Belə bir hal namazda diqqətsiz olmaqdan xəbər verir.Əlbəttə ki, namaz qılan bütün namazlarda zəif də olsa müəyyən qədər diqqətli olur.Amma zəif diqqət namazın ruhunu dirildə bilmir.İnsan təkbirətül – ehram deməzdən qabaq kimin hüzurunda dayandığı barədə düşünməlidir.Müəyyən bir mətni kimin üçünsə oxuyan şəxs başa düşüləcək şəkildə oxumağa çalışır.Namaz qılan şəxs namazın sözlərini ən azı yuxarıda deyilən qaydada oxumalıdır.Yalnız aram və aydın qiraət zamanı namazda diqqəti cəmləmək mümkündür.

2. İKİNCİ ADDIM


İnsan namazda dediyi hər bir cümlənin mənasını diqqət yetirməlidir.Bunu, tədricən də olsa, yaratmaq lazımdır.Hər cümləni deməzdən əvvəl, bu cümlənin mənasını düşünüb sonra demək daha yaxşıdır.Məsələn, "Allahu Əkbər” deməzdən qabaq Allahın əzəməti barədə düşünmək lazımdır.İnsan bu istiqamətdə çalışarsa, bir müddət sonra namazın sözlərinin mənasını düşünmək xasiyyət formasını alır.
Amma nəzərinizə çatdırdığımız iki addımı atmaqla həqiqi ibadətə nail ola bilmərik.Həqiqi namaza çatmaq üçün ən azı daha bir addım atmaq lazımdır.

3. ÜÇÜNCÜ ADDIM


Bu yolda üçüncü addım insanın dili ilə dediklərinə qəlbən inanmasıdır.”Yalnız Sənə ibadət edir və Səndən kömək istəyirik” deyən insan Allahdan başqa heç kimsədən kömək intizarında olmamlıdır.”Allahu Əkbər” deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır.Doğrudanmı, hər bir namaz qılan öz dediklərinə qəlbə inanır ?Doğrudanmı, inam və əməlimiz sözümüzlə uyğun gəlir ?Əgər əməllərimizə nəzər salsaq görərik ki, bəzən Allaha heç bir uşaq qədər də məhəl qoymuruq.Daim Allahın hüzurunda olduğumuz halda, müəyyən məqamlarda bizə baxan uşaqdan çəkinirik, amma Allahı yada salmırıq.Uşağın yanında küfür etməkdən çəkinirik və bunu ayıb bilirik.Lakin,bunu yadda saxlayın ki, hər nə olur olsun Allahı hər zaman yadda saxlamalı və onun böyüklüyünü, əzəmətini üzərimizdə hiss etməliyik.
fenomen.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.