“Məryəm” surəsinin fəzilətləri

18 Ocak 2017
2 158
0
“Məryəm” surəsinin fəzilətləri
"Məryəm" surəsi Qurani-Kərimin 19-cu surəsidir ki, Məkkədə nazil olmuşdur və 98 ayəsi vardır.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: "Hər kim "Məryəm" surəsini oxuyar - Həzrət Zəkəriyyə (ə), Yəhya (ə), Məryəm (s.ə), İsa (ə), Musa (ə), Harun (ə), İbrahim (ə), İshaq (ə), Yəqub (ə) və İsmayili (ə) inkar və təsdiq edənlərin sayı qədər ona on həsənə verilər". (Tebyan)
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O kəs ki, "Məryəm" surəsini oxuyar bu surədə adı çəkilən peyğəmbərləri (ə) və rəsulları (ə) inkar və təsdiq edənlərin sayının on qatı qədər dərəcə və həsənə verilər ki, hər dərəcə yerlə göy arasından min min dəfə böyükdür və Firdovs behiştində ona bu say qədər həyat yoldaşı verilər. Qiyamət günü təqvalılar ilə bir yerdə məşhur olar".
İmam Sadiq (ə) buyurur: "Hər kim "Məryəm" surəsini oxumağı davamlı edər, onu ehtiyacsız edən şeyə: can, mal, övladdan çatmamış ölməz. Axirətdə isə İsa ibni Məryəmin (ə) dostlarından olar və həmin gün səltənətə malik olar, Süleymanın (ə) dünyadakı səltənəti kimi".
Bu surənin bərəkətləri.
1. Xeyir və bərəkətin artması. İmam Sadiq (ə) buyurur: "Hər kim "Məryəm" surəsini yazar və onu ağzı dar olan şüşəyə qoyar və mənzilinə qoyar - evin xeyiri və ruzisi çox olar və yuxusunda yaxşı şeylər görər".
2. Yaxşı yuxu. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Məryəm" surəsini yazar və özü ilə gəzdirər, yuxusunda yaxşı şeyləri görər. Əgər evin divarına yazılarsa, təhlükələrdən qoruyar və evdə olanlar amanda olarlar".
3. Düşməni dəf edər. Düşməni dəf etmək üçün bu surənin ilk ayəsini 775 dəfə oxumaq lazımdır.
4. Subay qızın bəxti açılar. Əgər bu surəni yazsalar və yusalar və suyunu qızın üstünə töksələr, bəxti açılar.
5. Baş ağrısını yaxşılaşdırar. Baş ağrısını və miqreni sakitləşdirmək üçün "Məryəm" surəsinin (1-5) ayələrini və "Fəth" surəsinin 29-cu ayəsini oxumaq faydalı olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.