QOVUŞMAQ ÜÇÜN TƏRK ET!

04 Kasım 2014
2 110
0
QOVUŞMAQ ÜÇÜN TƏRK ET!
QOVUŞMAQ ÜÇÜN TƏRK ET!

İbadət qulluqdur: könüllü qulluq. Yəni bir qulun yaradana təşəkkürü... Onu başqa yaradılmışlardan seçib insan olaraq yaratdığı üçün, ona ağıl, idrak, vicdan verdiyi üçün qulun Rəbbinə ödədiyi şükür borcudur. İnsanı yaradan bilir ki, insan heç bir zaman Ona olan borcunu ödəyə bilməyəcək. O bilir və yaratdığı insanın da bunu bilməsini istəyir.
Qulluq, borcluluq duyğusunun fərqində olmaq, onu unutmamaqdır.
Qulluq, boş şeylərin hamısından üz çevirməkdir.
Qulluq, qulun Allaha vəfa borcunu dərk etməsidir...

Allah “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” [51:56] deyir. Deməli insanın yaradılış məqsədi yalnız və yalnız ibadət etməkdir.
Və insan bu möhtəşəm missiyanı həyata keçirəmək üçün yaradılıb. Bundan başqa hər şey yalandır. İnsan özü haqqında, varlığı və hədəfi haqqında bütün məlumatı yaradandan alıb. İnsan nəyi niyə tərk edəcəyini bilir. İnsan bu bilincdə yaradılıb. Allah insandan nə tələb etdiyini Vəhiylə bildirib. İnsanın da Allahdan tələb etmək haqqı var. Bu tələbin üsulu isə duadır, namazdır, ibadətdir.
Beləcə qul və Rəbb arasında bir bağ qurulmuş olur. Qul qulluğunu icra etdikcə Allah ona yaxınlaşır, onun görən gözü, eşidən qulağı olur…

Allaha ibadət etmək qəlb işidir. Məcburi deyil. İnsana ağıl, iradə verilir və insan da öz seçimini edir. İnsan olmağı, qulluq edib, “Əşrəfi məxluqat” olmağı seçirsə, Rəbbi bu seçiminə görə onu cənnətində əbədi sakin olaraq yerləşdirəcəyinə dair söz verir. “Sonu ölümlü dünyadır, qoy bir az kef edim, onsuz da cənnət də, cəhənnəm də bu dünyadadır” deyib “Əfsəli səfil” olmağı seçirsə, Allah söz verdiyi kimi onu da cəhənnəm atəşinə atacaq. Amma bununla hər şey bitməyəcək. Bunula hər şey başlayacaq. Çünki cəhənnəmdə ölüm yoxdur, əbədi yanmaq var. Orada peşimançılıq da heç bir fayda verməyəcək.

P.S. Rəbbin, “qulum, namaz qıl!” demişdi. Sən qılmadın. Gün gələcək cənazə namazını qılacaqlar. Rəbbin, “təqva libasına bürün, örtünmək əxlaqdandır” demişdi. Sən örtünmədin. Gün gələcək kəfənlə bütün bədənini örtəcəklər. Rəbbin, “Quran oxu, o, sənin həyat kitabındır” demişdi. Sən oxumadın. Gün gələcək qohumların, dostların, tanışların sənin üçün Quran [Yasin!] oxuyacaqlar. Sənin könüllü qaçdığın bütün ibadətlər səndən sonra sənin üçün ediləcək. Amma bütün bunların sənə faydası olmayacaq. Bütün bunlar etmədiyin ibadətlərə əvəz olmayacaq. Sən etdiklərindən məsuliyyətlisən. Səni axirətdəki dünyana əməllərin aparacaq. Səni cənnətə Rəbbimin lütfü, cəhənnəmə Rəbbimin sevgisizliyi aparacaq. “O, səninlə danışmayacaq, səni təmizləməyəcək, səni sevməyəcək…”

Əslində sən ölümə hazır deyilsən. Ona görə də ölməkdən qorxursan. Ölümü heç düşünmürsən. Amma bununla belə sən yenə də öləcəksən. Hər kəs kimi… Çünki “hər canlı ölümü dadacaq...” [29; 57] “Ürəyin hər döyüntüsü ölümə doğru atılan bir addımdır.”

Allahı sevənlər ölümü aşiqlərin toy gününü gözlədikləri kimi həyəcanla, eşqlə gözləyirlər. Ölümü ayrılıq deyil, vüsal olaraq dərk edir, Ən Böyük Aşiqə qovuşmaq üçün dünyanı və dünyadakıları tərk edirlər…
Dünyanı tərk etmək fəzilətli,
günahları tərk etmək isə fərzdi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.