Hər gün Aşura....hər yer Kərbəla...

05 Kasım 2014
2 209
0
Hər gün Aşura....hər yer Kərbəla...
Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi Imam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir.

Aşura gününün əməllərinin bəzisi bunlardır. Aşuraya keçən gecə oyaq qalıb ehya saxlamaq tövsiyə edilib. Kimə həmin gecəni Kərbəlada keçirmək qismət olarsa, Imam Hüseynin (ə) məzarı üzərindəki məsciddə ibadət etsə, böyük savaba çatar. Insan bu gecə öz evində və ya öz şəhərindəki məsciddə də oyaq qalsa, savab sahibi olar. Aşura gecəsində çox namaz qılmaq, dua etmək, aşura şəhidlərinin müsibətini yada salmaq, xüsusilə, həmin gecə Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin və qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarının bağışlanması üçün Allaha yalvarmaq yerinə düşər....
Ya Əli, qaldı Hüseyn tək, Neynəvayə gəlmədün,
Çox çağırdı – gəl baba, öldüm – hərayə gəlmədün,
Xeybərə getdün, nədən bəs Kərbəlayə gəlmədün,
"Ya Əli” sovtilə doldu çöllər aşura günü.

Ey Xəlilə atəşi-Nəmrudi-gülzar eyləyən,
Vadiyi-eyməndə mövlasilə göftar eyləyən,
Yusifi sultani-Misrə Şümsü Əttar eyləyən,
Gəlmədün, qaldı Hüseyn biyavər aşura günü.



Redaktə Etdi:Əsgər Sevgilisi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.