Müsibətlə imtahan

17 Kasım 2014
1 572
0
Müsibətlə imtahan
Müsibətlə imtahan


Ey müsəlmanlar! UCA ALLAH , məxluqatın qədərlərini və ömürlərini təyin etmiş, edəcəklərini və nəticələrini yazmış, qazanclarını və mallarını bölüşdürmüşdür. Kimin gözəl əməl edəcəyini imtahan etmək üçün həyatı və ölümü yaratmışdır. ALLAH`ın qəza və qədərinə iman etmək, imanın şərtlərindən biridir. Yer üzündə olan hər bir hərəkət və sakitlik ancaq ALLAH`ın istəyi və iradəsi ilədir. Kainatda olan hər şey, ALLAH`ın təqdiri və yaratması ilə vardır. 
Dünya çətinlik və kədərlərlə doludur. Çətinlik və qorxularla birlikdə yaradılmışdır. İsti və soyuq kimi maneə və çətinliklərlə insan mütləq qarşılaşır:
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!”(əl-Bəqərə surəsi, 2/155)

Müsibətlər, səmimi olanla yalançının ortaya çıxdığı imtahanlardır. 
“İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” - demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?”(əl-Ankəbut surəsi, 29/2)

Nəfs ancaq sınanmaqla saflaşır. Müsibətlər doğru adamları ortaya çıxardır.
İbnu`l-Cəvzi belə deyir: 
“Salamatlığının və sağlamlığının müsibətsiz bir şəkildə davam etməsini istəyən, vəzifəsini anlamamış və təslimiyyəti qavraya bilməmişdir. Mömin və ya kafir olsun hər nəfs mütləq əziyyəti dadacaqdır. Həyat, problemlər və təhlükələr üstündə qurulmuşdur. Heç kim imtahan və əziyyətlərdən tamamilə qurtulmağı ümid etməsin. İnsan ömrünü, nemətlərin dəyişməsi və müsibətlərin qarşılanması ilə keçirir. Adəmə mələklər səcdə etdi. Bir vaxtdan sonra cənnətdən çıxarıldı. 
İmtahan, istək və arzuların əksinin baş verməsidir. Hər kəs mütləq imtahanın əziyyətini dadar. Fəqət bəzilərinin imtahanı az, bəzilərinin çox olur. Mömin, ona əzab edilməsi üçün deyil, təmizlənməsi üçün imtahan edilir. Xoşbəxtlik anında fitnələrlə, çətinlik anında müsibətlərlə imtahan edilir:

“...Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.”(əl-Ə`raf surəsi, 7/168)

İstənməyən şey, sevilən bir şeyi özü ilə gətirə bilər. İstənən şey də, sevilməyən bir şeyi özü ilə gətirə bilər. Sevindirici şeylərdən sənə zərər gəlməyəcəyini düşünmə! Zərərli şeylərdən də sənə sevindirici şeylərin gəlməsindən ümidini kəsmə!

“...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) ALLAH bilir, siz bilməzsiniz.”(əl-Bəqərə surəsi, 2/216)

Nəfsini, məruz qalmazdan əvvəl müsibətlərə qarşı alışdır ki, baş verdikdə təsiri az olsun. Müsibət qarşısında fikir eləmə! Bəlaların ALLAH qatında müəyyən bir zamanı vardır. Hirsli danışma! Bəlkə dilin söylədiyi bir kəlimə, insanı həlak edər. Əsl mömin, böyük hadisələr qarşısında belə, qətiyyət göstərər. Qəlbi dəyişməz və dili şikayətçi olmaz. Çətinliklərin, şikayətçi olmadan keçməsi üçün, mükafatını xatırlayaraq və hadisəni qəlizləşdirməyərək nəfsin üçün müsibəti yüngülləşdir. Ağıllı şəxslər, fəlakətlər ilə birlikdə düşmənlərin istehzasına məruz qalmamaq üçün müsibətlərə qarşı dözüm göstərməyə davam edirlər. Düşmən, müsibətə məruz qaldığını gördükdə sevinir və xoşbəxt olur. Çətinlik və əziyyətləri gizlətmək, fəzilətli insanların xüsusiyyətlərindəndir. 
Bəlanın atəşinə səbr et! Çünki o, çox tez yox olur. Əsas iş, bir neçə gün səbr etməkdir. Həlak olanlar, ancaq dözümü itirdikləri üçün həlak olmuşdurlar. Səbr edənlər isə, savabın ən xeyirlisi ilə mükafatlandırılırlar:

“...(ALLAH yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq!”(ən-Nəhl surəsi, 16/96)

Əcrləri qat-qatdır. Onlar, səbirləri ilə iki dəfə, hətta hesabsız əcr qazanırlar. ALLAH onlarla bərabərdir. Qələbə və qurtuluş, onların səbr etməsi ilə əlaqəlidir. 
Ey imtahan edilən! RƏBB`in ancaq sənə vermək üçün mane olmuşdur. Bağışlanmağın üçün səni imtahan edir. Təmizlənməyin üçün səni sınayır. Nemətlərlə imtahan edir və müsibətlərlə nemətləndirir. Vaxtını, sənin üçün təmin olan ruzini düşünərək keçirmə! Ömrün boyunca ruzin gələcəkdir. 
UCA ALLAH belə buyurur: 
“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, ALLAH onun ruzisini verməsin…”(Hud surəsi, 11/6)

Hikmətinə görə yollarından birini sənə bağlasa, ondan daha faydalı bir yolu rəhməti ilə açar. İmtahan olunmaqla, xeyirli insanların dəyəri yüksəlir. Yaxşıların əcri artar. Sa`d ibn Əbi Vaqqas (r.a) belə deyir:
“Ey ALLAH`ın Rəsulu! İnsanlardan hansının imtahanı daha şiddətlidir?” dedim. Belə buyurdu: 

“Peyğəmbərlər, sonra salehlər, sonra üstünlük sırasına görə davam edir. İnsan, dini dərəcəsi ilə imtahan edilir. Dinində sabitdirsə, müsibəti artırılır. Dinində zəiflik varsa, müsibəti yüngülləşdirilir. Mömin, yer üzündə heç bir günahı olmadan yaşamağa davam edənə qədər müsibətə məruz qalmağa davam edir.”(əl-Buxari)7



R.T.Fikammm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.