İman nece xoşbəxt edir?

25 Kasım 2014
1 463
0
İman nece xoşbəxt edir?
İman nece xoşbəxt edir?


İman necə xoşbəxt edir?

Doğrudan necə olur ki, iman insanı xoşbəxt edir? Bir ömür özünü bədbəxt sayan insan elə ki, iman gətirir, mömin olur, bir anda dəyişib xoşbəxtmi olur? Və yaxud sualı belə qoyaq, görəsən imanda hansı xüsusi imtiyaz və qüdrət vardır ki, insanın taleyində belə bir mühüm rol oynayıb, onu bədbəxtlikdən xoşbəxtliyə çıxarır?!
Bir tərəfdən də baxıb görürsən nə çox namaz qılıb oruc tutan, həccə gedib, zəkat verən mömin insanlar var ki, onlar da özlərini bədbəxt sayır və onlardada xoşbəxtlikdən bir əsər yoxdur. Axı niyə?! Məgər iman xəşbəxtlik gətirmirmi?!
Bilirsiniz, ümumiyyətlə xoşbəxtlik hissləri nikbinlikdən doğur. Hamımız bilirik ki, dünya əzəldən çətinlik üstündə qurulmuşdur, bu həyat belə yaradılmışdır ki, onda həmişə çatışmazlıq və çətinlik olmalıdır. İnsan da bu həyatın ən ali bir varlığı olaraq bu çətinliklərin içində üzə-üzə öz Xaliqinə tərəf irəliləməkdədir. Hikmətli yaradan Bələd surəsinin 4–cü ayəsində belə buyurur:
لَقَدْ خَلَقْنَا الْإِنْسانَ في‏ كَبَد "Biz insanı məşəqqətdə yaratdıq!"
İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşir. Bu, ilahi bir hikmətdir, həyatın qanunudur! Demək, çətinlik həmişə var. Amma söz burdadır ki, bəziləri bu növ çətinliklərlə üzləşdikdə özlərini dünyanın ən bədbəxt insanı sayır, başlarına bir pis hadisə gələn kimi giley-güzar və şikəyət edirlər, bəxtlərindən gileylənir, talelərinin uğursuzluğundan şikəyətlənirlər. Elə davranırlar ki, sanki dünya sona çatıb. Bu cür bədbin insan, hər baş verən hadisəni pis yozan kəs, hər şeydən şikayətlənən, heç nə və heç kimdən razı olmayan şəxs təbii ki, heç vaxt özünü xoşbəxt hiss edə bilməyəcəkdir.
Xoşbəxt olmaq üçün həyata, onda baş verən olaylara, çətinliklərə və müsibətlərə qarşı nikbin olmaq lazımdır. Və nikbin olmanın yeganə yolu isə imanlı olmaqdır. İmanlı şəxs hər hadisəni, hər işi Allahdan görür və bilir ki, bunlar hamısı Allahın hikməti və məsləhəti əsasında baş verir. İmanlı kəs bütün bunlara inanır. İmanlı kəs bilir ki, həqiqi malik təkcə onu yaradan Ulu Allahdır, ona görə də İlahinin verdiyini lütf, aldığını isə borc sayır. İmanlı kəs Allahının ədalətli olmasına, onun hikmətli və alim olmasına tam inam bağlamışdır. İmanlı şəxs bilir ki, o bu dünyaya əbəs yerə yox, imtahan üçün gəlmişdir və çəkdiyi əziyyətlərin hamısı bir növ İlahi sınaqdır. İmanlı kəs bilir ki, çəkdiyi bütün əzab-əziyyətlərin qarşısında onu cənnət bağları gözləyir, hər şey qeyd olunur və çox dəqiq hesabat olacaqdır. İmanlı şəxs bilir ki, etdiyi əməllərilə öz gələcəyini sığortalayır. İmanlı şəxs bütün bu dediklərimizi İlahinin insanlara bəxş etdiyi səmavi kitabdan oyrənmişdir. Qurani-kərimdə insan imtahanı barədə belə deyilir:
وَ لَنَبْلُوَنَّكُمْ بِشَيْ‏ءٍ مِنَ الْخَوْفِ وَ الْجُوعِ وَ نَقْصٍ مِنَ الْأَمْوالِ وَ الْأَنْفُسِ وَ الثَّمَراتِ وَ بَشِّرِ الصَّابِرين‏
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
İmanlı şəxs bunların hamısına iman bağlamışdır. Axı belə bir inamla onu nə sarsılda bilər, nə bədbin və narahat edə bilər?! Elə buna görə də imanlı kəs özünü tam xoşbəxt hiss etməyə layiqdir. O, ən çətin anlarda belə xoşbəxtdir. O, ən acınacaqlı vəziyyətlərdə belə nikbindir, bütün çətinliklərin və baş verənlərin qarşısında belə deyir: "Şükürlər olsun sənə, ya rəbbim", "özün bilən məsləhətdir, İlahi!" Budur imanın xoşbəxtlik gətirmə sirri! 
Maraqlı burasındadır ki, "iman" sözünün lüğəti mənası da buna dəlalət edir. Belə ki, Onun mənasında məşhur lüğət alimi Rağib İsfahani yazır:
"İman kəlməsi müstəqill mütəəddi olarsa, "əmn-amanlıq vermək və aram etmək" mənasını daşıyır, elə buna görədir ki, Qurani-Kərimdə Allaha da mömin deyilir, çünki, Allah ona iman gətirənlərə əmin-amanlıq və qəlbi aramlıq bəxş edir. Amma əgər bu kəlmə qeyri müstəqill mütəəddi olarsa, "əmin-amanlıq tapmaq və aram olmaq" mənasını ifadə edəcəkdir".
Buna əsasən mömin şəxs iman gətirməklə qəlbən aramlıq tapır. O, heç nə üçün nigaran deyil, çünki öz Allahına arxayındır.
Sonda, xoşbəxtlərdən söz açan ayələrdən bir neçəsinin sadəcə tərcüməsini qey edib söhbətimi yekunlaşdırıram.
“O kəslər ki, qeybə (Allaha, kitablarına, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, namaz qılır və onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edirlər.
O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar, məhz onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapıb xoşbəxt olanlar da onlardır.”
“İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olmalıdır! Bunlar, həqiqətən nicat tapıb xoşbəxt olmuş şəxslərdirlər.”
“Nəfsini (çirkinliklərdən) təmizləyən mütləq nicat tapıb xoşbəxt olacaqdır!”
“(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. (Allah) onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.”


Edit__Əlinin Aşkı_
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.