Əhli-beyt (ə)-ın Kufəyə daxil olması

24 Kasım 2014
1 588
0
Əhli-beyt (ə)-ın Kufəyə daxil olması
Əhli-beyt (ə)-ın Kufəyə daxil olması
Əhli-beyt (ə)-ın Kufəyə daxil olması 61-ci ilin məhərrəm ayının onu keçib getdi, şənbə, məhərrəmin 11-ci günü, İbni Səd öz ölülərinin cəsədlərini kəfənə bükdü, onlara meyit namazı qılıb hamısını bir yerdə basdırdı. Lakin şəhidlərin parça-parça olmuş bədənlərini elə o cür, günün altında qoyaraq öz qoşunu ilə birlikdə Kufəyə yola düşdü. Kufə darvazasına çatanda, İbni Ziyadın tərəfindən göndərilən qasid ona dedi: –Bu gün əsirləri şəhərdən kənarda saxla! Übeydullahın bu işdən məqsədi bu idi ki, əsirlərin şəhərə girməsi üçün lazım olan şəraiti tənzim etsin. Məhərrəmin 12-də Əhli-beyt əsirləri Kufəyə gətirildi, əsirlərin qabağında 72 kəsik baş nizələrə vurulmuş halda aparılırdı. Şimr ibni Zilcövşən sevinc, şadlıq bürümüş halda hamıdan qabaq atını çapır, öz ətrafındakılara əmr edirdi ki, camaatı nəzarət altında saxlasınlar. Arvad-kişi, böyük-kiçik hamı əqirlərə tamaşa etmək üçün yolun ətrafında dayanmışdılar. Əsirlər şəhərə daxil olanda camaat nizələrdə İmam Hüseynin (əleyhis-salam), Həbib ibni Məzahirin, Müslüm ibni Ovsəcənin başlarını görüb hamısını tanıdılar. Sonra Əhli-beyt arvad-uşaqlarını, Həzrət Zeynəbi, Ümmü-Gülsümü gördülər, Camaatın gözündan həsrət, peşmançılıq yaşı axırdı. "Tamaşaçılar"dan bəziləri deyirdilər –Tfu! Lənət olsun sizə, ey alçaq yırtıcılar! Rəsulullahın ciyərinin parəsini də"vət etdiniz, sonra öldürdünüz, arvad-uşağını Roma əsirləri kimi özünüzlə gətirdiniz. «Camaatdan ağlamaq səsi hər tərəfi bürüdü. Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.