Şeytan:Beş cür insana mənim hiyləm tesir etməz

28 Kasım 2014
2 409
0
Şeytan:Beş cür insana mənim hiyləm tesir etməz
Şeytan:Beş cür insana mənim hiyləm tesir etməz


Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış.

Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun arşısına çıxır və deyir:

- Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə,

sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir.

Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir.

Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər.

Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir:

- Mən səninlə dostluq etmək istəmirəm!

Adam bunun səbəbini soruşduqda Şeytan dillənir:

- Səhərdən səni müşahidə edirəm.

Səni bir dəfə də olsun namaz qılan görmədim.

Mən insan qiyafəsinə girmiş şeytanam.

Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş.

Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum.

Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi.

Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən.

Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram

və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!




R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.