Qorxundan ağla!

28 Kasım 2014
1 579
0
Qorxundan ağla!
Qorxundan ağla!

Günahlarına Ağla
Acizliyinə qarşı nə qədər ki,
bağışlanma fürsətin varkən bunları
sakit bir başla düşün. Rəbbinin
sevmədiyi və razı olmadığı şeyləri tərk
et! Beləliklə də bəlkə O da səndən razı
olar. Ağlınla Ona sığın və günahlarının
bağışlanmasını diləyərək göz yaşları
ilə tövbə et ki, səni bağışlasın.
Qorxundan ağla ki, sənə mərhəmət
edib qüsurlarını əhv etsin! Eyni
zamanda Əziz və Cəlil olan Allah hər
şeyi bilir, səni görür və səninlə bağlı
gizli və aşkar heç bir şey Onun
elmindən qaçmaz. Sənə qəzəb, nifrət,
hirs və acıqlı baxmasından çəkin!O
sənə qəzəblənərsə, sən rahatlıq və
sevinc üzü görməzsən.Allahın
əmrlərinə qarşı çıxmaqdan uzaq dur,
Ondan qorx, Ondan həya et! Ucalığını
danma! Səni gördüyünü yadından
çıxarma! Nəzərlərinin sənin üstündə
olduğunu unutma! Və sənin üzərində
olan uca məqamına, sənə bələd
olmağına iman et! Günahlar içində
ölmədən Ondan qorx və Onun razı
olmadığı əməllərdən çəkin! Onun
əmrlərinə tabe olaraq etdiyin
günahlardan əzab çəkdiyini görməlidir
ki, bu günahlardan nə qədər peşman
olduğunu bilsin. Ona qarşı çıxdığına
görə üzüntün böyük olsun. Özünə
qarşı olan şiddət və üsyanının səni nə
dərəcədə boğduğunu görsün. Bunu
səndə görərsə, səni bağışlar və
günahlarından keçər. Əziz və Cəlil olan
Allahın qəzəbinə hədəf olma! Çünki nə
Onun qəzəbinə qarşı taqətin, nə
əzablarına dözəcək gücün, nə
iztirabına tablaşacaq qüvvən, nə də
bütün bunlara dözməyə səbrin var.
Zəlalət içində ölmədən və o dəhşətlər
nəsibin olmadan özünü hazırla!Ölümün
vaxtsız gəldiyini qəbul et və sənə bu
anlatdıqlarımızı düşün!O ki qaldı, mən
sənə ölümlə bağlı çox az şey
danışdım. Etdiyin günahlara haqlı
olaraq qarşılıq veriləcəyini bil və
başına gətiriləcək müsibətləri gözünün
qabağına gətirərək Allahdan qorx!Əziz
və Cəlil olan Allah üzərində
peşmanlıqdan doğan kədərin izlərini
görsün ki, bəlkə sənə mərhəmət
edərək böyüklüyü və qüdrəti ilə əhv
edər.



R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.