Gözəli sevən Gözəl! Sənə fəda edəcəyim gözəlliklər ver!

28 Kasım 2014
1 457
0
Gözəli sevən Gözəl! Sənə fəda edəcəyim gözəlliklər ver!
Gözəli sevən Gözəl! Sənə fəda edəcəyim gözəlliklər ver!



Gözəli sevən Rəbbim, mənim içimi nurlarınla gözəlləşdir…
İçimin gözəlliyiylə davranışlarım nurlansın!…

Gözlərimin baxışında Sən olmalı,
Kipriyimin ucundakı damlada Sən parıldamalısan!…


Sənin yolunda çalışarkən yorulduğum üçün istirahət etməliyəm…
Rahatlığımda da Sənin üçün olmalı yəni…

Yuxumda Səni sayıqlamalıyam…
Yollarım Sənə gəlməlidir həmişə! Dönsə gəzsə yenə Səni tapmalıdır ünvanlarım!


Həyatımdakı hər ciddi addım Sənin üçün atmalı,
yenə Sənin üçün qaçmalıyam, Sənin yolunda…

Bağışlamağı sevən Rəbbim, bağışlanılmanın dincliyini yaşatdır mənə…
Günahkar qulunun tək təsəllisi;

Sənin dincliyində üzr istəyərkən, süzülən göz yaşlarıdır…

Bu qədər günahıma baxmayaraq, məni bir nəbzdə rahatlaşdıran;
tövbə etməyi nəsib edən Rəbbimin, qullarını bağışlamağı sevməsidir…

Səndən qoparma məni! Sənsiz buraxma ürəyimi…
Səndən uzaq qalınca; elə aciz, elə çarəsizim ki…


Səninləykən dincliyim yanımdadır; sanki hər şey, hər gözəl şey mənim,
bütün xoşbəxtliklər mənimlədir…

Dünyanın bütün çiçəklərini iyləsəm də, Sənə dua edərkən taptığım dincliyi yenə tapa bilmərəm…
Ən gözəl sözləri istifadə etsəm Sənin üçün,həmişə Səni bildirsəm danışdığımda;
Səni izah etməyə yenə doya bilmərəm!


Dostlarını sevsəm; ürəklərində Sən yaşayırsan deyə…
Bütün yaratdıqlarına ibrətlə baxsam; Səni xatırladır deyə…

İçimdəki sevgiyə dair nə varsa etsəm; Səni sevməyə yenə doya bilmərəm!
Qulunu bağışlayarsanmı Rəbbim; məni Sənə yaxımlaşsam?!
Gözəli sevən gözəl! Sənə fəda edəcəyəim gözəlliklər ver!



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.